Tarixin unudulmaz döyüşü ― Çaldıran döyüşü


 Şərqi Anadolunu bürüyən qızılbaş təbliğatı və Asiyadan Avropaya gedən ticarət yollarına nəzarət uğrunda mübarizə nəticədə 1514-cü il avqustun 23-də iki böyük türk dövlətinin Çaldıran düzündə üz-üzə gəlməsi ilə nəticələndi. Sayca daha üstün olan Osmanlılar, həm də odlu silahın verdiyi üstünlükdən bəhrələnərək bu döyüşdə qalib gəldilər.


 1513-cü ildə Anadoluda 40-45 min uşaqlı-böyüklü qızılbaşı qılıncdan keçirtdirən Səlim Yavuz Səfəvi dövlətinə hücum etdi. 1514-cü ildə Sultan I Səlimin (1512-1520) başçılıq etdiyi Osmanlı ordusu arasında baş vermiş Çaldıran döyüşündə Şah Ismayılın qoşunları məğlub oldu. I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib 6 gündən sonra Şah Ismayılın tacı, geyimləri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, Təbrizi tərk edir.


 Sultan Səlim sonradan özü ilə Istanbula Türkiyənin incəsənət və sənətkarlığının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarlarını da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan Istanbul Topqapı sarayında, Əsgər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.  Deyilənlərə görə, döyüş zamanı Şah İsmayılın həyat yoldaşı Taclı xanım əsir götürülmüşdür. Osmanlı sarayının ideoloqları Taclı xanımın döyüşdə əsir alındığını və Sultan Səlimin əmri ilə Osmanlı sərkərdələrindən birinə nikahlandığını iddia edirlər. Çaldıran döyüşündən sonra Sultan Səlimin əmri ilə Taclı xanım qazıəsgər Tacizadə Nişançı Cəfər Çələbiyə nikahlanmış, əsir düşən digər qızılbaş qadınları isə azad edilmişdilər.


 Çaldıran döyüşündən əvvəl Şah İsmayıl Xətainin yazdığı məktub tapılmışdır. Burada Şah İsmayıl Həzrət Əlinin 100 kəlamını gözəl bir xətlə qızılı və mavi mürəkkəblə köçürüb.Yazıların arasında onların fars dilinə tərcüməsi naməlum xəttat tərəfindən nəstəliq xətti ilə iki sütunda yazılıb. Müxtəlif rəngli vərəqlərə köçürülmüş və cildlənmiş əsərin 15 səhifəsindən 11-i mühafizə edilmişdir. Osmanlı imperatoru I Səlim Təbrizi işğal edəndə bu əlyazmanı da ələ keçirmiş və əsər sonralar Avropaya aparılmışdır.


 AZENS.AZ/   Orucova Jalə

Tweet 1070