Televizor nə vaxt yaranıb?


   Bu icada Con Logi Beyrd imza atmışdır. O, insanları saatlarla qarşısında saxlaya bilən televizorun atasıdır. İlk layihəsini gənc yaşlarında olarkən biskvit qutusu üzərində yaradır. Primitiv televizoruna isə "Stokey Bill" adını verir. Con Logi Beyrdin hazırladığı bu televizorda ilk yayım 1926-cı ildə reallaşşır. Həmin vaxt televiziya ağ-qara rənglərdən və çox keyfiyyətsiz görüntüdən ibarət idi.   


 Con Beyrd elə uşaq yaşlarından elektrikə meyilli birisi olub. Beyrd 12 yaşındaykən evinə bir elektrik sistemi döşəmişş, yoldaşşlarıyla danışmasını mümkün edəcək ilk telefon stansiyasını yaratmışdı. Televizor 1930-cu ildən etibarən elektron əşya olaraq qəbul edildi və alqı-satqısı başladı. 1936-cı ildə Berlin Yay Olimpiya Oyunlarını televiziya vasitəsilə izləmək mümkün olmuşdu.  


  1940-cı ildən başlayaraq, rəngli televizor layihəsi üzərində işlər sürətlə davam etdirilirdi. Bundan təxminən 10 il sonra ABŞ-da ilk rəngli televizor satışa çıxarıldı.

Tweet 1019