Tomas Edisonun ixtiraçılıq istedadı

Bu rəqəmi T. Edisonun iş fəaliyyəti illərinə bölsək, o, ixtiralarına görə, təqribən, ayda 2 patent sahibi olurmuş. Bundan başqa Edison 3000 dünya miqyaslı patentlərə sahibi olmuşdur.  O dövrlər Edison özünün iş kompaniyasını yaratmışdır. Həmin kompaniya 15 mlrd. dollar dəyərində qiymətləndirilirdi. Onun yaratdığı “General Electric” kompaniyası elə indi də dünyanın ən böyük kompaniyalarındandır.Ardıcıl uğurlar əldə etmək üçün Edison bütün pullarını, vaxtını və enerjisini bu kompaniyanın inkişafına sərf etmiş və uğurlar qazanmışdır. Edison müəssisədə işçiləri ilə birlikdə özü də hər gün 17-19 saat işləyirdi. Hətta onun dediyi bir kəlam indiyədək dillər əzbəridir: “Dahilik – 1 % həvəsdən, 99% isə tərdən ibarətdir.”  Azens.az saytının məlumatına görə, T. Edison  ilk patentini 1869-cu ildə almışdır. O, bu patenti seçkilər zamanı səslərin hesablanmasında istifadə olunan elektrik sisteminə görə alır. Bu dahinin həmin sahədə aldığı ilk və sonuncu patenti olub. Çünki həmin sistemdən bir daha heç yerdə istifadə olunmayıb. T. Edisona  işlərində  ardıcıl müvəffəqiyyət qazanmasına səbəb onun prinsipiallığı, uğursuzluqlar zamanı heç vaxt həvəsdən-ruhdan düşməməsi olmuşdur.  Ümumilikdə, o zamanlar nəyə daha çox tələbat olurdusa, Edison onu ixtira edirdi və bu da ona külli miqdarda gəlir gətirirdi. Bir sözlə o, daha çox - “təlabata görə icadlar edən ixtiraçı” kimi tanınmışdır.  T. Edisonun bütün ixtiralarını – fundamental ixtiralar hesab etmək olar. Onun ixtiralarının hamısı demək olar ki, kommersiya məqsədli olub və xalq, kütlə arasında daha çox istifadə edilib.  Ensiklopedik lüğətlərdə və sorğu kitablarında Lümyer qardaşlarının, Markoni və Bellin adları - kino, közərmə lampası və telefon ixtiraçıları kimi hallansa da, bunların təkmilləşməsində, istifadəsində, istehsalında, bütün dünyaya satışı və yayılmasında Edisonun rolu böyük olmuşdur. T. Edisonun əsas ixtiralarından olan “Beyin mərkəzi”, hələ indiyədək heç bir ölkə tərəfindən patentləşdirilməyən bir ixtiradır. O Menlo-Parkda laboratoriya düzəldərək, bütün dünyada olan elmi-texniki mərkəzlərinin ilk nümunəsini yaratmışdır. Bu laboratoriyada Edisonun yaxın dostu olan Henri Ford da çalışmışdır.  T. Edisonun yaratdığı “İxtiralar fabrikası”nda çalışan ixtiraçılar üçün hər şərait yaradılıbmış. Bu böyük bir kompleks imiş. Orada: ofislər, elmi-texniki laboratoriyalar və kitabxana, sexlər və s. fəaliyyət göstərirmiş. Orada nəinki işləyirdilər, həm də yaşayırdılar, gecə-gündüz, dayanmadan iş davam edirdi və ardıcıl olaraq yeni ixtiralar edilirdi. Vaxtilə “İxtiralar fabriki”ndə çalışanlar sonralar deyirlərmiş ki; - “İxtiralar fabrikası”nda işlədiyimiz illər, həyatımızın ən maraqlı illəri olub...”  T. Edison – onun ixtiraçılıq istedadı və iş prinsipiallığı ona milyonlar qazandırmış və onu bütün dünyada məşhurlaşdırmışdır.  Telefona, qrammafona və s. bir sözlə, elektronika sahəsində, istər keçmişdə, istərsə də müasir dövrdə elmi-texniki nailiyyətlərə görə biz həmişə Edisona minnətdar olmalıyıq...
Tweet