Tutanhamonun "lənəti"


Növbəti ilin yazında ingilis qrafı əzab-əziyyətlə vəfat etdi. Şahidlərin dediklərinə görə, həmin anda Qahirənin hər yerində bütün elektrik lampaları 5 dəqiqəliyə sönmüşdü, uzaq İngiltərədə isə axtarışda əməyi keçən ingilis qrafının iti yanıqlı-yanıqlı ulamış və ölmüşdü. Bunun ardınca fironun sərdabəsinin ilk kəşfiyyatçılarının köməkçiləri – arxeoloqlar Əhməd Kamal və Uilyam Qudyir vəfat etmişdilər. 1924-cü ildə İngiltərə tədqiqatçıları A.Rid və H.Uayt da ölmüşdülər. Dörd ildən sonra Karterin köməkçisi A.Mak, onun ardınca isə Tutanhamonun mumiyasına ancaq ötəri nəzər salmış bir Amerika milyarderi həyatdan getmişdir. O zaman fironun “lənəti” haqqında əfsanə də yaranmışdır. Lakin Fransa həkimi K.Filipp müəyyən etmişdir ki, ölənlərin əksəriyyəti çox güclü allergiyaya tutulublarmış... Onun fikrincə bu adamlar 3.300 il əvvəl Tutanhamonun sərdabəsinə qoyulmuş meyvələrin və tərəvəzin üstünü basan kifin tozları ilə nəfəs almışdılar...  Firon “lənəti” ilə bağlı  daha çox sensasiyaya səbəb ola biləcək, yuxarıda deyilənləri bütün alt-üst edəcək başqa bir fakt da vardır. Bundan sonra gələcək məqaləni oxuyun. Azens.az Hazırladı: Orucova Jalə
Tweet