Vannanın yaranma tarixi


 Bu vanna Yunanıstanın Krit adasındakı qədim Knoss sarayında aparılan arxeoloji qazıntılar zamanı tapılmışdır. Knoss sarayında “Çariça otağı”nda  gildən düzəldilmiş və çox gözəl bəzədilmiş müasir tipli vanna arxeoloqların marağına səbəb olmuşdur.. Çariçaya məxsus bu vanna otağında, hətta müasir tipli kanalizasiya sistemi də olmuşdur. Eramızdan əvvəl II minilliyə aid olan bu qədim “vanna otağı”ndakı gildən düzəldilmiş ( eynən müasir formada) hamam vannası və hamamın kanalizasiya sistemi görənləri təəccübləndirmişdi.   Qədim Knoss sarayında tapılan hamam vannasının daha təkmilləşmiş forması sonradan Yunanıstanın özündə düzəldilməyə başlamışdır. Bu da eramızdan əvvəl 1600-1100-cü illərə, Mixen sivilizasiyası dövrünə təsadüf edir.   Pilos şəhərindəki qədim sarayda aparılan arxeoloji qazıntılar zamanı “vanna otağı”nda terrakotadan (bişirilmiş sarı yaxud qırmızı gil) hazırlanmış və gil ayaqların üzərinə qoyulmuş vanna tapılmışdır. Bu vannanın içərisi və çölü çox gözəl rəsmlərlə bəzədilmişdir. Bu qədim sarayın “vanna otağı”nda  bütün kanalizasiya xətləri eynilə müasir dövrümüzdəki kimi qurulmuşdur. Buradan belə nəticə əldə olunur ki, qədim zamanlarda inşa olunan vanna otağı və onun kanalizasiya sisteminin quruluşu heç bir ciddi dəyişiklikliyə uğramadan müasir dövrümüzədək gəlib çatmışdır.   İlk hidromasaj vannası XX əsrin əvvəllərində Cakkuzi qardaşları tərəfindən yaradılmışdır. İnsan sağlamlığında su və masaj önəm təşkil edir, bu səbəblə də Cakkuzi qardaşları belə bir kəşf həyata keçirirlər.    AZENS.AZ
Tweet