Xına haqqında bilmədikləriniz


  Vətəni Madaqaskar və Afrikanın şərq sahillərindən tutmuş, Şimali Avstraliyaya kimi tropik zona sayılır.   Xınanın toxumu Azərbaycana 1945-ci ildə gətirilib. Onun çiçəyində 0,11% efir yağı var. Əcas məhsulu sayılan yarpaqlarının tərkibində 12-dən çox maddə, o cümlədən 0,2 % rəngləyici maddə var. Xına əsasən isti havası olan bölgələrdə bitir.   Misir ehramlarındakı (təqribən 5.000 il bundan əvvəl) mumiyalarda xına rənginin izləri bu bitkidən hələ qədim zamanlarda istifadə olunduğunu göstərir.   Xına xalq arasında ən keyfiyyətli və ziyansız boyaq kimi tanınıb, kosmetika, həm də müalicə vasitəsi kimi istifadə edilir. Xınanı həm də sulu bişirmə şəklində dərman kimi sarılıqda, mədə pozğunluğunda, qızılcada, göz xəstəliklərində işlədirlər.   Xınadan Hindistan, Şimali Afrika və Pakistanda daha geniş istifadə olunur. Xınanın müalicəvi və bərpaedici xüsusiyyətləri hələ qədim dövrdən məlumdur. Lavsoniya mükəmməl dezinfeksiya edici vasitə hesab edilir, onu yaraların sağaldılmasında, dermatoloji xəstəliklərin müalicəsində və sümük xəstəlklərində geniş istifadə edirlər.   AZENS.AZ
Tweet