Xəttimiz haqqımızda nə deyir?


Qələmi bərk basaraq yazanlar adamayovuşan, istiqanlı, aydın məqsədli və enerjili insanlardır. Belə insanlar əməksevər olurlar.  “Dalğayabənzər” xəttlər avantürizmə meyllilik, yalan danışma məharəti ilə xarakterizə olunur.  Bütün hərflər birləşibsə belə xəttin sahibləri adətən düzgün, təşəbbüskar, məntiqi düşüncəyə üstünlük verən insanlardır. Əgər hərflər birləşməyibsə , ehtimal ki, belə şəxsdə obrazlı düşünmə üstünlük təşkil edir, intuisiya yaxşı inkişaf edib, zəngin daxili dünyası var.  Qələmi yüngül basma romantik, geniş maraq dairəsi olan adamlar üçün xarakterikdir.  Səliqəsiz xətt əhval-ruhiyyənin daim dəyişkən olduğundan xəbər verir.  Xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat,  səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir.  Hərflərin sola meyilli olması sahibinin “İki nöqteyi-nəzər var,səhv və mənim “fikrinin daşıyıcısı olduğuna işarədir.  Hərflərin azacıq sağa meylliliyi kifayət qədər tez-tez müşahidə olunur, bu şəxsin məktəbdə çalışqan şagird olmasını göstərir.  Hərflərin ölçüsu  Böyük hərflər ( 3 mm-dən çox)- belə xəttin sahibi asanlıqla mühitə adapdasiya olan, emosional, kollektivlə tez dil tapan,bir qayda olaraq, lider şəxslərdir.  Orta hərflər(təxminən3 mm) -buna daha çox təsadüf olunur. Belə insanlar heç bir gizli işi olmayanlar sırasındadırlar.  Kiçik hərflər (2 mm-dən az)-böyük səbrə, ehtiyyata, məqsədyönlü insanlara xasdır.
Tweet 1527