Xurşidbanu Natəvanın heykəli bizə nələr deyir?

 Xurşidbanu Natəvanın heykəli dahi incəsənət xadimi Ömər Eldarov tərəfindən 1960-cı ildə yaradılmışdır. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarıb. Xurşidbanu Natəvanın heykəli Bakının iki mərkəzi küçəsini birləşdirən nöqtədə yerləşir.  Azərbaycan incəsənət xəzinəsinə böyük töhfələr vermiş xalq rəssamımız Ömər Eldarov bu əsər üzərində 4 ilə yaxın çalışmışdır. Bu obrazın yaradılması tam təsadüf nəticəsində baş verib. Natəvanın portretində hiss olunan düşüncəli baxışlar sənətkarın bu əsəri yaratmasına gətirib çıxardı. Uzun-uzadı düşündükdən sonra sənətkar materaillar əsasında qeyri-adi kompozisiyalı portret yaratmaq qərarına gəldi, daha sonra həmin portreti mərmər üzərinə köçürtdü. Həmin portret əvvəlcə Bakı, sonra Moskvada keçirilən Zaqafqaziya sərgisində nümayiş olundu. Hər iki sərgi böyük əks-səda doğurduğu üçün onun Stalin mükafatına namizədliyi irəli sürüldü.  Xurşidbanu Natəvanın heykəli məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun ən uğurlu işlərindən biridir. Sənətkarın birinci monumental işi isə Üzeyir Hacıbəyovun abidəsi olub. Onun yaratdığı abidələr haqqında hələ uzn zamanlar danışılacaq.  Ömər Eldarovun yaratdığı əsərlər sırasında bunlar da vardır: mütəfəkkir şair Məhəmməd Füzulinin (1963 il, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987 il, Naxçıvan), rəssam Səttar Bəhlulzadənin (1974 il, Bakı), bəstəkar və caz musiqiçisi Vagiq Mustafazadənin (1984 il, Bakı), bəstəkar Üzeyir Həcibəyovun (1955 il, Bakı), dirijor Niyazinin (1989 il, Bakı), bəstəkar Fikrət Əmirovun (1988 il, Bakı), şərqşünas-tarixçı, akademik Ziya Bunyadovun (2000 il, Bakı) və.s. AZENS.AZ
Tweet