Yaddaşların ŞAH adamı - Çingiz Mustafayev


Çingiz Mustafayev Azərbaycana çox şey bəxş elədi. Çingiz Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü.   Çingiz Mustafayev Tibb Universitetində təhsil almışdır. Və Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmağa başlayan Çingiz yalnız Azərbaycan miqyasında fəaliyyət göstərmirdi, onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapırdı.

  Elə ola bilməzdi ki, təhlükə olan yerdə Çingiz Mustafayev və kamerası olmasın. Xocalı faciəsi zamanı işgəncələrə məruz qalmış insanları bir-bir tamaşaçılara və dünyaya göstərirdi. Kadrlar vardır hansı ki, həmin kadrlarda Çingizin hönkürtü səsləri gəlir. Həmin kadrlar Ağdamda, Şuşada, Xocalıda çəkilmişdir. 

  1991-ci ilin oktyabrında o "215KL" Studiyasını yaratdı. Studiya Azərbaycan Televiziyasına yeni nəfəs gətirdi. Reportajlar bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

 Mustafayev ailəsində indi Fuad Çingiz oğlu böyüyür. Çingiz Mustafayevin canlı yaddaşı... O Fuadı 9 aylıq tərk etdi, nəinki Fuadı o Azərbaycanı Çingizsiz qoydu. 

  Çingiz Mustafayev cəbhə üçün yarandı və cəbhədə də həlak oldu. O bilməzdi ki, Xocalı faciəsindən 3 ay sonra o özü şəhidlərin yanına gedəcək...... "Şəhidlər Xiyabanına"..... 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak oldu, amma yenə də kameranı söndürmədi.Bu onun öləndən sonra da yaşayacağına işarə idi. 1992-ci ilin noyabrın 6-da Çingiz Azərbaycanın Milli Qəhrəmanı oldu.   Acı həqiqətləri kameranın köməyi ilə dünya tarixi yaddaşına salan Çingiz… Mərdliyi, cəsarəti, fərqli ürəyi ilə yaddaşlarda qalan İnsan.... 32 il bu cür insan üçün çox qisadır, amma hamıya örnək olası ömürdür. Mən Çingiz Mustafayevə başqa tərəfdən baxıram. Vetənini sevən, onunçün hər şeyə qatlaşan.... Bu insanın adı çəkilərkən çoxumuzun gözü dolur. Ürək ağrısı ilə ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN !!!  

 AZENS.AZ

Tweet 6972