Yoxa çıxan xırda pullar


Sürücü isə: - “ qaytarmağa xırda pul yoxdur” – deyib, sizin 1 manatlıq əskinazınızı alıb cibinə qoyur.  Təsəvvür edirsinizmi, bütün ölkəni qəpik krisizi bürüyə, heç yerdə qəpik pul olmaya... Belə bir anormal vəziyyət neçə il əvvəllər Argentinada baş vermişdir. İqtisaqi cəhətdən Latın Amerikasının 3-cü güclü dövləti olan  Argentinada gözlənilmədən qəpik qıtlığı yaranır. Demək olar ki, ölkə ərazisində qəpik pulların hamısı birdən-birə yoxa çıxır. Argentina belə bir halın yaranmasının səbəbini ölkə vətəndaşlarında görürdü. Yəni ki, əhalinin əksəriyyəti, saxlanc kimi, qəpik pulları yığırlar. Bu da qəpik çatışmazlığına gətirib çıxarır. Bunun heç də belə olmadığını görəndə, hökumət yerli işbazları günahlandırmağa başladı. Yəni ki, Argentinada metal çox baha olduğundan, yerli işbazlar metal pulları yığıb əridərək başqa məqsədlər üçün istifadə edirlər.  Xalq isə hökuməti  qədərincə xırda pul kəsdirməməkdə günahlardırırdı və ölkədə yaranmış xırda pul qıtlığına bunun səbəb olduğunu söyləyirdilər. Əslində isə Argentina hökuməti 2008-ci ildə 500 milyon ədəd müxtəlif nominallarda xırda pullar kəsdirmişdir.  Kimin kimi günahlandırması öz yerində, ölkədə yaranmış anormal  vəziyyət günbəgün dərinləşirdi. Ölkə ərazisində bütün mağazalar bağlanırdı. Əhali verdiyi pulun qalığının əvəzinə saqqız, çipsi və s. şeylər götürməkdən bezmişdi. Hətta banklarda belə xırda pul böhranı yaşanırdı. Hökumət  “xırda pul böhranı”nı aradan qaldırmaq üçün yenidən xırda pul kəsdirmək məcburiyyətində qalır.  Argentina kimi böyük bir dövlətdə, birdən-birə xirda pulların yoxa çıxması hələ də bir sirr olaraq qalmaqdadır. AZENS.AZ  
Tweet 3418