Yuliy Sezar və Kleopatra məhəbbəti


Amma o, çox ağıllı, elmli olmuş və bir neçə dil bilmişdir. Misir çariçasının mehriban xasiyyətə malik olması onu cazıbədar edirdi. Onun mehriban xasiyyəti onu kişilərə daha çox sevdirirdi. Onun özünü çariça adlandırmağa da haqqı var idi. Çünki, o zamanlar ağılda, elmdə, bilikdə ona tay olan elə bir qadın yox idi.


 Misir çarı XII Ptolomey ölümündən sonra, e.ə. 51-ci ilin yazında, onun 10 yaşlı oğlu Dionis və 18 yaşlı qızı Kleopatra taxta sahib olurlar. Taxta sahib olmazdan əvvəl Dionislə Kleopatra (qardaş bacısı ilə) nigah bağlayırlar, yəni – evlənirlər. O zaman Misir qanunları bunu tələb edirdi.


 Çariça Kleopatranı o zamanlar Misirdə çox da sevmırdilər. Ona görə ki, onu eqoist, çox sərbəst və Avropaya meylli bir qadın hesab edirdilər. Bundan əlavə, o, çox ağıllı, hərtərəfli dünya görüşünə və Avropa mədəniyyətinə meylli olduğundan Kleopatraya Misir çox darıxdırıcı gəlirdi. O, Avropaya daha çox meyl edirdi və bu isə saray adamlarına xoş gəlmirdi. Dionis və Kleopatranın taxta sahib olduqlarından 3 il sonra, faktiki olaraq dövlət başçısı dövləti idarə edən hərəmxanaağası Potin azyaşlı Dionisi yeganə dövlət başçısı elan edir. Kleopatra ölkədən Suriyaya qovulur. O, Suriyada bir müddət qalmalı olur və nəhayət vətənə qayıdır.


 O zamanlar güclü romalı sərkərdə Yuli Sezar (e.ə.100-44 illər) Misirə gəlir və Dionislə Kleopatradan atalarının ona olan borclarını qaytarmalarını tələb edir. Deonis və Kleopatra borcu qaytarmaq istəmirlər. Bu zaman Kleopatranın ağlına yaxşı bir ideya gəlir. O, çox gözəl geyinib bəzəndikdən sonra  qulluqçularına əmr edir ki, onu gözəl, iri bir xalçaya büküb  Sezara hədiyyə kimi təqdim etsinlər. Qulluqçular gecə Kleopatranı Sezara təhvil verirlər. Sezar Kleopatranı görən kimi bir könüldən min könülə ona vurulur. Bütün borcları ona bağışlayır və Kleopatranı qardaşı  Dionislə barışdıracağına söz verir.


 Yuli Sezarın Misirə qarşı müharıbəsi 8 ay davam edir. Müharibə zamanı məğlub olacağını görən Dionis (Ptolomey XIII) Misiri tərk edib qaçarkən çayda boğulur. Sezar qələbə çalır və Misir hakimiyyətini sevgilisi Kleopatraya qaytarır. O, vaxtdan Kleopatra Misir dövlətini tək idarə edirdi.


  Minnətdarlıq əlaməti olaraq, Kleopatra Sezarla bərabər Nil çayı üzərində uzun müddətli gəmi səyahətləri təşkil edirdi. Onlar birlikdə Nil çayı üzərində səyahətlər etdikdən sonra İsgəndəriyyəyə qayıdırlar.


 Sezar müharibəyə yollanır və istilalarını davam etdirirdi. O, Dakiyanı, Parfiyanı özünə tabe edərək, Roma imperiyasının sərhədlərini düz Hindistana qədər çatdırmışdı.  Kleopatra isə artıq Sezardan uşağa hamilə idi və uşağın dünyaya gəlməsini gözləyirdi. Sezar ardıcıl qələbələr çaldıqdan sonra Romaya qayıdır. Kleopatra isə bu zaman  yeni dünyaya gəlmiş körpəsi ilə Misirdə idi. O, uşağın adını Yuli Sezarın şərəfinə - Ptolomey Sezarion adlandırmışdı.


 Sezar əmr edir ki, Kleopatranı Romaya gətirsinlər. O, Kleopatranı Romaya qızıl faytonda gətirdir.Romada isə Kleopatranı çox təm-təraqla qarşılayır. O, Sevgilisi Kleopatranı Tibr çayı sahilində tikdirdiyi çox təm-təraqli, möhtəşəm bir sarayda yerləşdirir. Kleopatra bu sarayda bir neçə il yaşayır. Deyilənlərə görə, o, bu bir neçə il ərzində ancaq və ancaq övladının tərbiyəsilə məşğul olurmuş.


 Romalılar Kleopatraya çox qısqanclıqla yanaşırdılar. İş o yerə gəlib çatmışdı ki, onlar Kleopatraya nifrət etməyə başlamışdılar. Buna səbəb isə Sezarın Kleopatranı hədsiz dərəcədə sevməsi və sözünə qulaq asması idi. Kleopatra Sezarı o dərəcədə öz təsiri altına salmışdı ki, Sezar firon olmaq və hətta Roma imperiyasının paytaxtını İsgəndəriyyə şəhərinə köçürmək istəyirmiş. Hətta bu haqda Sezarın özündən soruşularkən o, bunu inkar etmirmiş. Sezar sonralar elə bu cür söz-söhbətlərin qurbanına çevrilir. E.ə. 44-cü ilin mart ayının 15-də senatda iclas zamanı öz yaxınları tərəfindən qətlə yetirilir.


 Sezarın birbaşa varisi yox idi. Onun vəsiyyətnaməsini açıb oxuduqda isə yaxın qohumu Oktaviana verdiyi məlum olmuşdur. Vəsiyyətnamədə oğlu Sezarion barəsində bir kəlmə belə yazılmamışdır. Bundan qorxuya düşən Kleopatra bir gecənin içində hazırlaşaraq Misirə qaçır.


 Kleopatra vətəni Misirə gedir. Bu zaman burada da vəziyyət heç də ürəkaçan deyildi. Misir yenə də Roma ordusunun zərbələri altında idi. Kleopatra yenə də vətənini xilas etmək qərarına gəlir. Bu dəfə o, Roma ordusunun baş sərkərdəsi Mark Antoni ilə eşq məcarası qurmağa başlayır.


 Mark Antoni Oktavianla taxt-tac uğrunda rəqabət aparırdı. Bu isə Oktavianın taxtdan salınması üçün Kleopatraya bir fürsət idi.  Antoni Kleopatraya dəlicəsinə vurulmuşdu. Deyilənlərə görə, Antoni öz halal arvadını ataraq, bütün gününü Kleopatra ilə keçirirdi. Antoninin arvadı bu dərdə dözməyib, gözlənilmədən vəfat edir. Antoni Kleopatra ilə evlənməyə qərar verir. Oktavian qəti olaraq bunun əleyhinə çıxır. O, Antoniyə onun bacısı ilə evlənməyi məsləhət görür. Bu siyasi tərəfdən Antoninin xeyrinə olduğu üçün o buna razılıq verir.


 Toydan həmən sonra Antoni Suriyaya gəlir. Bu zaman Kleopatra Suriyada qalırdı. Antoninin başqa birisilə evlənməsi Kleopatraya çıx pis təsir etmişdi. Antoni Kleopatranın könlünü almaq üçün ona evlənmək təklif edir və e.ə. 37-ci ildə Kleopatra ilə Antoni evlənirlər.


 Antoni  Finikiyanı və Kilikiyanı Kleopatraya toy hədiyyəsi kimi pay verir. E.ə. 34-cü ildə isə Kleopatraya “Çarlar çariçası”- titulu verilir. Keopatranın Antonidən bir oğlu və bir qızı dünyaya gəlir.


 3 il keçdikdən sonra Oktavian ölkədəki ikihakimiyyətliliyə son qoymaq məqsədiylə Antoniyə qarşı müharibə elan edir. Antoni məğlubiyyətə uğrayır və özünə qəsd edir. Kleopatra Oktaviana əsir düşür. Oktavian qərara alır ki, Kleopatranı əli-ayağı zəncirli bütün şəhəri dolandırsın və bütün əhaliyə göstərsin ki, Kleopatra onun əsiridir. Bu xəbəri  Kleopatraya yaxın dostları çatdırırlar.  Bu cür təhqirə dözə bilməyəcəyindən, Kleopatra gizli olaraq öz otağına gəlir və qulluqçularına əmr edir ki, iri zəhərli ilan gətirsinlər. O, ilanı boğazına dolayaraq özünə qəsd edir.


 Bu hadısədən bir neçə saat sonra Kleopatradan Oktaviana bir yazılı müraciət gətirirlər. Müraciətdə deyilirdi: -“Ptolomey sülaləsinin sonuncu nümayəndəsi kimi xahiş edirəm ki, məni sonuncu ərim Antoninin yanında dəfn edəsiniz”.


 AZENS.AZ

Tweet 574