"Azərbaycan” adını ilk dəfə kim istifadə etmişdir?


 Sovet hakimiyyəti rejimi antitürk meyilliliyi ilə çalışıb ki, azərbaycanlıların türkəsilli, türkköklü olduqları ideyasını beyinlərindən silməyə çalışıb. Bu səbəbdən də bütün dünyanı belə bir dəhşətli yalana inanmışdılar ki, guya 1936-cı ilədək nə Azərbaycan xalqı, nə də ki, Azərbaycan olmuşdur. Stalindən sonra isə bütün dünyadakı erməni diasporu bu estafeti qəbul etdi və indinin özündə də uğurla həyata keçirir.

 Bununla bağlı Azens.az tarixi faktlara istinad edərək, “Azərbaycan” sözünün və azərbaycanlıların kökünün hara bağlandığı haqda öz oxucularına qısa bir informasiya təqdim edir:

 İndi azərbaycanlılar adlandırılan Azərbaycan türkləri çox keçmiş zamanlardan bu torpaqlarda yaşayıb yaradıblar. Məhz indiki azərbaycanlıların əcdadları səlcuqlar imperiyası, Azərbaycan atabəyləri, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Avşarlar və Qacarlar dövləti kimi qüdrətli dövlətlər yaratmışlar.

 Orta əsrlərin ən məşhurları Yaqut əl-Həməvi, İstahri, Rəşidəddin,

Həmdullah Qəzvini, İsgəndər Münşı və digərləri öz əsərlərində Azərbaycan türklərinə yüzlərlə səhifələr həsr etmişlər. Onların öz əsərlərində Azərbaycan Ön Şərqdə mədəniyyət ocağı hesab edilən türk dövləti olduğunu təsdiq etmişlər. Bu da Azərbaycanın və Azərbaycan türklərinin qədimiliyini və yüksək mədəni inkişafa malik olduğunu sübuta yetirmək üçün kifayətdir.
 E.ə. IV əsrdə Əhəmənilər imperiyasının parçalanması nəticəsində Azərbaycan adlı müstəqil dövlət yaranmışdır. O zamanlar yunanlar bu müstəqil dövləti “Atropatena” kimi tanıyırdılar ki, müasir “Azərbaycan” sözü də bundan yaranmışdır.

 XII-XIII əsrdə Cənubi Qafqazı, İranı, İraqı əhatə edən böyük bir əraziyə malik Azərbaycan atabəyləri dövləti mövcud idi. Məsələn: XII əsr ərəb tarixçisi Yaqut əl- Həməvi qeyd etmişdir ki, “Azərbaycan – böyük və qüdrətli dövlətdir və əsasən də, dağlıq yerdir. Burada çoxlu qalalar, var-dövlət, ucsuz-bucaqsız meyvə bağları, saysız-hesabsız bulaqları, çayları və s. vardır. Mən hələ belə varlı, bərəkətli bir yer görməmişəm”.

 Hələ XII əsrdə Yaqut Azərbaycanı ölkə deyil, dövlət adlandırmışdır.

 Orta əsrlərdə bütün dünyada dövlətlər onu idarə edən sülalənin adı ilə adlandırılırdı. Orta əsrlər Azərbaycanında bu Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və sairə. Orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyətini türklər təşkil edirdi. Bu səbəbdən də qonşu ölkələr onu türk dövləti kimi tanıyırdı.

 O zamanlar, orta əsr coğrafiyaşunasları və tarixçiləri Azərbaycan türkləri dedikdə, səlcuqları, oğuzları, türkmənləri, qaraqoyunluları, ağqoyunluları, qızılbaşları və sairələrini nəzərdə tuturdular. Belə ki, bunların hamısı da müasir azərbaycanlıların əcdadlarıdır. Bu əcdadlar da müasir azərbaycanlılara türk dilini, “türk” etnonimini, türk mədəniyyətini və özünüdərki bir miras qoyub getmişlər.

 AzEns.AZ

Tweet 1515