Azərbaycan boksunun banisi - Abbas Ağalarov


Abbas Ağalarov Azərbaycan boksunun banilərindən hesab olunur.


Abbas Ağalarov (1911-1967) - SSRİ əməkdar idman ustası, SSRİ əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim.


1936-cı ildə Abbas Ağalarov ilk dəfə boks üzrə azərbaycanlı idman ustası dərəcəsini almışdır. 1937-ci ildə SSRİ Çempionatlığında final pilləyə yüksəlmişdir, "Dİnamo" Bakı cəmiyyətinin üzvü idi. Etdiyi mükəmməl çıxışdan sonra «Buravestnik» (Буревестник) və «Dinamo»-nun baş məşqçisi təyin olunur.


Abbas Ağalarov Rus ordusunun qeneral-leytenantı Həsən bəy Ağalarovun nəslindən idi. O, həm də Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda boks kafedrasına rəhbərlik edirdi.


 Məşhur idmançı, məşqçi və pedaqoq Abbas Ağalarov 1967-ci ildə 56 yaşında dünyasını dəyişdi.

 

 Azens.az\ Jalə Orucova

Tweet 223