Bakı və "Ağ Emiqrasiya"nın tarixi


 Ağ emiqrasiya 1919-cu ildən başlayaraq kütləvi xarakter almış və bir neçə mərhələdə formalaşmışdır.


 Birinci mərhələ - 1920-ci ilin fevralında general-leytenant A.İ Denikinin rəhbərlik etdiyi Rusiyanın Cənub Silahlı qüvvələrinin Novorossiyskdən təxliyəsi ilə bağlı olub.

 İkinci mərhələ - 1920-ci ilin noyabrında general-leytenant P.N.Vrangelin rəhbərliyi altında olan Rus Ordusunun Krımdan təxliyəsi ilə bağlı olub.

 Üçüncü mərhələ - 1920-1921-ci illərdə admiral A.V. Kolçakın məğlubiyyəti və yapon ordusunun Primorsk vilayətindən təxliyəsi ilə bağlı olmuşdur.

 

 Hələ 1920-ci ildə general baron Vrangel tərəfindən “Təxliyə Soveti” təşkil olunmuş və bir il sonra bu təşkilat “Rus qaçqınlarının yerləşdirilməsi üzrə Sovet” adlandırılmışdı. Rus qaçqınları üçün müxtəlif yerlərdə düşərgələr salınmış, hərbi və mülki rus qaçqınları Konstantinopol ətrafında, Prins adaları və Bolqariyada yerləşən düşərgələrdə yerləşdirilirdi. Qallipoli, Çatalca və Lemnosda olan hərbi düşərgələrə (Kuban düşərgəsi) ingilis və fransız administrasiyasının nəzarətində idi.

 Krımdakı Rus Ordusunun Türkiyəyə təxliyəsindən sonra general P.N. Vrangel zabitləri bir araya yığaraq, özünün Baş Qərargahını və hərbi gücünü təzədən bərqərar etmək imkanı qazanmışdır.


 1921-ci ildən başlayaraq, sovet agentirasının səyi nəticəsində, geriyə “Ağ hərbiçi emiqrantları”n böyük axını başladı. Kiçik rütbəli zabitlərin, siravi kazakların və əsgərlərin geriyə axını böyük vüsət almışdı.

 1921-ci ildə Rusiya ərazilərinə 121843, 1931-ci ildə isə 181432 emiqrant qayıtmışdı. Bu isə ümumi emiqrantların 18-20%-i təşkil edirdi.


 Onu da qeyd edək ki, Rusiyaya qayıdan repatriantları faciəli sonluq gözləyirdi. 13 fevral 1921-ci ildə Konstantinopoldan Novorossiyska “Rəşid Paşa” gəmisində göndərilən repatriantların sayı 1500 nəfər idi. Bunların içərisində olan yüksək rütbəli zabitlər və hərbi məmurlar, xüsusi göstərişə əsasən, təxirə salınmadan güllələnirdi. Bəzi kiçik rütbəli zabitləri isə xüsusi hərbi nəzarət altında Bakıya, neft sənayesində işləməyə göndərirdilər. 1922-ci ilin mayında hər biri 214 nəfərdən ibarət Konstantinopoldan qayıtmış “vrangelçilər”in 13 siyahısı tərtib olunmuşdu, daha sonra isə 180 nəfərdən ibarət 18 siyahı. Bakıda neft sənayesində öz soyadını və keçmişini gizlədərək işləyənlər də az deyildi.


 1927-ci ilin oktyabrında Könüllü Ordunun keçmiş zabitlərinin əksəriyyəti Bakıdan çıxarıldı, 1928-ci ildə isə “Azneft”ə DSİ-dən 74 zabitin soyadından ibarət 2 siyahı göndərilmiş və həmin adamların dərhal işdən qovulması tələb olunmuşdur.


 O dövrlərdə Rus Ordusunda azərbaycanlılardan, gürcülərdən və ermənilərdən ibarət drujinalar yaradılmışdı və bu hərbi hissələrdə bu millətlərdən olan zabitlər qulluq edirdilər. Drujinalar ləğv olunduqdan sonra onların əksəriyyəti evlərinə qayıtmış və Zaqafqaziyada baş verən hadisələrdə yaxından iştirak etmişdilər. Onu da qeyd etmək lazımdır ki, drujinalarda qulluq etmiş keçmiş zabitlərin əksəriyyəti Ağ Qvardiyaçılara qulluq edirdilər.



 Azərbaycan, Gürcüstan və Ermənistan hökümətləri qurulduqdan sonra Milli Ordu yaradılması işinə başlandı. Bu orduya vaxtilə drujinalarda qulluq etmiş zabitlər cəlb olundu. Azərbaycanın Milli Ordusuna isə iki məşhur Rus ordusu generalı rəhbərlik edirdi. Biri – Hərbi nazir S.B. Mehmandarov, o birisi isə artileriya generalı Ə.Şıxlinski idi. 


 Azərbaycan Milli Ordusunda həmçinin, general Talışxanov, Xəlilov, Səlimov, polkovnik knyaz Maqalov (Tatar alayının Qafqaz Yadellilər kavaleriya diviziyasının keçmiş komandiri) Zeynalov, Əfəndiyev, Qacar və gidər başqalı qulluq edirdilər. 

 Həmin dövrlərdə Xüsusi Xidmət Orqanları, əsasən də, Hərbi-Məhkəmə bölməsı tamamilə rus zabitlərindən komplektləşdirilmişdir.


 Bolşeviklərin Azərbaycana gəlişindən sonra sağ qalan zabitlərin əksəriyyəti İrana və Türkiyəyə qaçmışlar. Ə.Şıxlinski və M.M.Qacar isə “Qızıl Ordu”da qulluğa keçmişlər. 


 AzEns.AZ


Tweet 361