Bəzi insanlar niyə həmişə gecikirlər?


 İnsanları şərti olaraq üç qrupa ayırmaq olar: heç zaman gecikməyən, vəziyyətdən asılı olaraq gecikənlər, müntəzəm olaraq hər zaman hər yerə gecikənlər.   

 Problemlərlə dolu indiki dövrdə yuxarıda qeyd edilən qruplardan 2-ci və 3-cünün sayı durmadan artmaqdadır. Hər zaman hər yerə gecikmək sindromu gündəlik həyatda insanların yaşam tərzini daha da çətinləşdirir, nəinki digər faktorlar. 

 Əgər siz səhərlər zəngli saatın səsinə belə oyana bilməyib, işə vaxtında gedib çata bilmirsizsə, gecikirsinizsə (əsasən də yaz aylarında), bu bədəndə vitamin çatışmazlığından irəli gəlir. Belə olan halda, səhərlər rahat oyanmaq üçün siz sitruslardan, kofedən və yaşıl çaydan daha çox istifadə etməli, idman etməli və kontrast duş qəbul etməlisiniz.

 Gecikmələrin əsas səbəbi ondan irəli gəlir ki, insanlar eyni vaxtda həddindən artıq çox iş və problem arxasınca qaçır. Psixoloqların fikrincə, eyni vaxtda bir çox işlərin və problemlərin həllinin arxasınca qaçmaq, insanlarda vaxt və zaman hissinin itirilməsini əmələ gətirir. Əgər kimsə heç vaxt heç nəyi çatdıra bilmirsə, habelə işdə, deməli o, optimistdir. Bununla belə, əgər insan pozitiv düşüncəlidirsə, bu cür insanlar həyatda daha çox şeylərə nail ola bilir. Satıcılar arasında aparılan müşahidələrdən aydın olmuşdur ki, optimist əhval-ruhiyəli satıcılar digər iş yoldaşlarına nisbətən 88% çox uğurlu satış edə bilirlər.

 Hələ XX əsrin 50-ci illərində psixoloqlar insanları 2 tipə ayırmışlar: A tipi – səbirsiz və əsəbi olanlar; B tipi – sakit və yaradıcı naturalı olanlar. Məsuliyyətsiz insanlar B tipinə aid edilirlər. Elmi müşahidələrlə sübut olunmuşdur ki, yuxarıda qeyd edilən bu 2 tipə aid olan şəxslər zamanı müxtəlif cür qəbul edirlər. Mütəxəssislər belə bir təcrübə aparmışlar: A tipinə və B tipinə aid olan bir qrup insanları bir yerə yığıb, saniyə ölçəni qoşaraq onlara bir dəqiqə (60 saniyə) vaxt verirlər. Vaxt tamam olduqda onlardan soruşmuşlar ki, onların zənninə görə nə qədər vaxt keçib. A tipinə (səbirsiz və əsəbi) aid olanlar 57 saniyə, B tipinə aid olanlar isə 77-78 saniyə vaxt keçdiyini söyləmişlər. 

 Psixoloq (kitab müəllifi) Linda Sapadin hər vaxt hər yerə gecikən insanları 4 tipə ayırır:

Perfeksionist – xarici görünüşünü ideal vəziyyətə salmamış evdən bayıra çıxmayanlar (bu tip insanlar saç düzümləri xoşlarına gəlməyəndə, hətta təzədən yuyub saçlarını qurudar və darayarlar, halbuki, həmin vaxt onlar işdə olmalıdırlar);

Krizisli vəziyyətlər həvəskarı – bu tipdən olanlar vaxtın sıxlığından həzz alır və çox dar bir zaman içərisində çoxsaylı məhsuldar işlərin görülməsini bir adrenalin hesab edirlər;

Buntar (üsyançı) – gecikməsi ilə bərabər sosial normalara və ona nəyin nə vaxt və necə ediləcəyini diktə edən hakimiyyətdə olanlara qarşı öz etirazlarını bildirənlər. 

Xəyalpərəst – bu tipə aid olanlar - həlli çətin olan və çox vaxt aparan işləri özlərinin çox dar iş qrafiki çərçivəsində həll etməyə cəhd edənlərdir.


“Əmək məcəlləsində”ndə “gecikmək” anlayışı yoxdur, ancaq “iş vaxtı” anlayışı mövcuddur. İşçinin “əmək müqaviləsi”ndə işlədiyi vaxt qrafiki qeyd olunur (yəni – müəssisənin daxili “İş vaxtı qaydaları”na uyğun olaraq). İşçi çalışdığı müəssisənin “İş vaxtı qrafiki”nə uyğun olaraq işləməlidir. 


 AzEns.AZ

Tweet 185