İnsanın boy artımı nələrdən asılıdır?


 İnsanın boyu – onun bədəninin şaquli xətt üzrə uzanmasıdır. Boyun aktiv uzanması insanların cinsi yetkinlik dövrü daha çox nəzərə çarpır, 25-30 yaşlarında isə bu aktivlik zəifləyir və dayanır. Boyun dəyişməsi praktiki olaraq orqanizmin bütün tip hüceyrələrin aktiv bölgüsündən irəli gəlir. Belə ki, boy artımı zamanı dayaq və hərəkətverici sistem olan sümüklər və əzələlər də böyüyür, o cümlədən damarlar da. Boy artarkən bədən də böyüyür, sözsüz ki, dəri və ciyərlər də böyüyür (o cümlədən ağ ciyər) və bədənin oksigenə tələbatı artır. Belə ki, insanın boyu dəyişərkən, onun orqanizmindəki müxtəlif formalı hüceyrələri nəzarətdə saxlayan çoxsaylı gen qruplarının qarşılıqlı işi əsasdır. 


 Son vaxtlara qədər belə hesab edilirdi ki, insanın boy artımında yalnız bir neçə gen cavabdehlik daşıyır. Amma son illərin tədqiqatları göstərmişdir ki, insanlarda boy artımına DNT-dəki varıasiyalar – təxminən 300-ə yaxın gen cavabdehlik daşıyır. Mənz gen insan boyunu müəyyənləşdirir. Məsələn: Avstraliyanın, ABŞ-ın və Avropanın böyük bir hissəsinin ağ dərili əhalisinin 80%-ində genetik irsin təsiri vardır. Amma Afrika qitəsində və Çində bu rəqəm 65% faiz təşkil edir. 


 Genetikadan əlavə insan boyuna yaşadığı yer, iqlim, qida rasionu və ətraf mühitin başqa faktorları da böyük təsir göstərir. Məsələn: əgər avropalı kişinin orta boy həddi 175 sm qəbul olunubsa, onda biz 180 sm boyu olan avropalı kişiyə rast gəlsək, onda demək, əlavə 5 sm-in 4 sm-i ona valideynlərindən irsi olaraq keçmiş, qalan 1 sm-i isə o, sağlam qida rasionu vasitəsilə əldə etmişdir. Buradan belə nəticə əldə olunur ki, uşaq və yeniyetmə dövrləri boyatmanın ən çox aktiv olan dövrləridir ki, bu zaman sağlam qidalanma nəticəsində boya bir neçə santmetrlər əlavə etmək mümkündür. Əgər sağlam qida olmazsa, insanlar genetik boy potensialından da məhrum ola bilər və onun boyu orta boy həddindən də aşağı ola bilər, yəni- alçaqboylu ola bilərlər. Beləliklə, uşaq qida rasionunun zəngin və çox yaxşı olan inkişaf etmiş ölkələrdə insanların boyu orta boy həddi + irsi boy həddi+ sağlam qida = hündürboylu olur. Kasıb ölkələrdə isə bunun tam əksi olur, alçaqboyluların sayı ilbəil çoxalır. 


 Kişilərin boyu qadınların boyuna nisbətən müəyyən qədər hündür olur. Bu da ayaqlarının hesabınadır. Qadın bədəni aktiv inkişaf dövründə tək uzununa deyil, eninə də inkişaf edir, yəni - enli belə malik olurlar ki, bu da uşaq dünyaya gətirməsi ilə əlaqədardır. Bunlar da genlərin işi ilə nizamlanır. Amma uşaqikən düzgün qidalanmamaq həddən artıq enli belin olmasına səbəb olur. 


 AZENS.AZ
Tweet 237