Böyük ekranlarda göstərilən ilk film


 22 mart 1895-ci il kinematoqrafiyanın rəsmi yaranma günü hesab edilir. Məhz həmin gün Parisdə foto sənayesinin inkişafına həsr olunmuş konferensiyada böyük ekranda ilk kino-film nümayiş etdirilmişdir. Həmin sənədli filmdə Lümyer qardaşları özlərinə məxsus olan fotolent istehsal edən zavodun “işçilərinin işdən çıxıb zavodun həyətini tərk etməsi”ni lentə alınmışdır. Bu film-yəni “ işçilərin fabrikdən çıxması” filmi cəmi 48 saniyə çəkmişdir.


 Dünyada ilk filmi də elə fransız lentə almışdır. O, Lui Leprens idi. 1888-ci ildə o adi fotolentə iki saniyəlik bir film həkk etdirmişdir. Bu onun qohumları və dostlarının Qərbi Yorkşirdə bağ gəzişməsi filmidir. Film də elə belə adlanır – “Raundxey bağından bir səhnə”, bu film cəmi 2 saniyə gedir. 


 1890-cı ildə Leprens Böyük Britaniyada özünün icad etdiyi kameranı potentləşdirməyə çalışırdı. Amma bu baş tutmur. Çünki həmin ilin 16 sentyabrında o, Dijon-Paris qatarında sirli olaraq yoxa çıxır. Bundan sonra, videolentin ilk ixtiraçısı olmuş Leprensin nə ölüsü, nə dirisi, nə də ona aid olan hər hansı bir əşya tapılmamışdır. Onun oğlu Adolf Leprens atasının ilk kamera və videolent ixtiraçısı olmasını və ilk video filmin onun atası tərəfindən çəkildiyini bütün dünyaya çatdırmaq istədiyi vaxtlar məhkəmə salonunda naməlum bir şəxs tərəfindən güllənənərək öldürülmüşdür.


 İlk rəngli filmlər ağ-qara lentlərin əllə rənglənməsi nəticəsində düzəldilirdi. Bu metodun yaradıcısı Tomas Edison olmuşdur. 1896-cı ildə amerikalı ixtiraçısı Edison ixtiraçısı olduğu rəngli filmlə bütün tamaşaçıları heyrətləndirmişdir. Film – “Loi Fullerin rəqsi” adlanırdı. Bu filmin populyarlığı, L.Fulleri də bütün dünyaya modern rəqsin yaradıcısı kimi tanıtmışdır. 


 1899-cu ildə britaniyalı fotoqraf Edvard Raymond Törner rəngli kino çəkilişini potentləşdirmişdir. Hər bir kadr  qırmızı, yaşıl və göy rəngli xüsusi filtrlərdən keçərək çəkilirdi. İlk rəngli filmi Törner özünün şəxsi bağında çəkmişdir. Həmin rəngli filmdə onun oğlu, tutuquşu və küçədə nizamla addımlayan əsgərlər iştirak edirdilər.     


 AzEns.AZ
Tweet 253