Dekabristlər üsyanının 7 sirri


 26 dekabr 1825-ci ildə Peterburqda (Rusiyanın keçmışdə paytaxt şəhəri) dekabristlərin üsyanı baş verdi. Bu tarixi hadisənin üzərindən Sovet mifologiyası pərdəsini açsaq, onda çox maraqlı faktlarla qarşılaşarıq.


 1. Çar həqiqi deyil

 Əslində dövlət çevrilişi 26 dekabrda deyil, 27 noyabr 1825-ci ildə olmuşdur. Həmin gün Peterburqda xəbər yayılmışdır ki, imperator Aleksandr Taqanroqda vəfat etmişdir və özündən sonra varisi qalmadığından, onun yerinə Konstantin Pavloviç (I Pavelın oğlu) çar elan edilmişdir. Əslində, Konstantinin imperator kürsüsünə əyləşməyə heç bir hüququ yox idi və o, hələ 1823-cü ildə Nikolayın xeyrinə taxt-tacdan imtina etmişdir.

 1825-ci ilin dekabr ayının 3-də Konstantin taxt-tacdan imtina edir. O zamanlar gəzən söz-söhbətlərdən belə məlum olur ki, guya Konstantin atasının aqibətinin onu da gözləyəcəyindən qorxaraq (atası çar I Paveli boğaraq öldürmüşdülər) istefa vermişdir...

 Konstantin tez bir müddətdə istefa verir və onun yerinə Nikolay çar elan edilir. Bu yerdəyişmə çox gizli və az müddətdə həyata keçirildiyindən müxtəlif cür şaiyələrə səbəb olmuşdur.


 2. “Sapları dartan” kimlər idi...

 Yeni imperatorun andiçmə mərasimi 14 (26) dekabra təyin edilir. Həmin bu vaxta da dekabristlər öz mitinqlərini təyin etmişdilər və bütün alayların “Senat meydanı”nda toplaşması planlaşdırılmışdı. Bununla da Nikolayın andiçmə mərasimini pozmaq nəzərdə tutulurdu. Saray adamları tərəfindən əsas süi-qəsdçi hesab edilən knyaz Trubeçkoy meydanda görsənmədi. Elə bil ki, onlar “ola bilsin ki”, “bəlkə də oldu” deyə, bir sözlə, bütün olacaq hadisələri, “bəxtəbəxt”, “görəsən necə olacaq?” deyə, kənardan izləmək istəyirdilər.


 3. Narıncı texnologiya

 Ordunu meydana çıxarmaq üçün klassik bir texnologiyadan istifadə olunmuşdur. Müasir zamanda onu “narıncı” adlandırırlar. Belə ki, Aleksandr Bestujev ordunun imperatora sadiqlik andı içməyə hazırlaşdığı zaman Moskva alayının kazarmasına gələrək, əsgərlərə belə bir məlumat vermişdir ki, onları aldadırlar, Konstantin heç də istefa verməyib və tezliklə 

Peterburqda taxta oturacaq. Belə bir yalan məlumatla o. alayın bütün əsgərlərini Senat meydanına yollayır. Beləliklə də, meydana neçə minlərlə adam toplaşır.


 4.Təxribatçılar

 Meydana həmin vaxt imperatorun tərində olan alaylar da gəlmişdi. Bir tərəfdə üsyançı xalq. Bir tərəfdə aldadılaraq meydana çıxarılmış alaylar, bir tərəfdə də imperatorun müdafiə edən alaylar. Üsyançı əsgərləri geriyə, kazarmalarına qaytarmaq istəyən zabitləri isə kütlə vurub kənara atırdı. Üsyançılardan biri Qafqaz döyüşü qəhrəmanı Yakuboviç idi. O, həm də Moskva alayının komandiri təyin olunmuşdur. Amma o, başının ağrıdığını bəhanə gətirərək, meydanı tərk etmişdi. Bir neçə saatdan sonra o imperatorun yanında duran camaatın içərisində peyda oldu və imperatora yaxınlaşıb üsyançıları sakitləşdirmək üçün ondan izn istədi və sonra üsyançıların yanına qayıdaraq, - “bərk durun, imperator da. Onun ətrafındakılarda sizdən yaman qorxur“ deyə üsyançıları daha da qızışdırmağa çalışırdı.


 5. “Nəcib” atəş

 Beləliklə, az bir zaman ərzində ağır qarşıdurma yarandı. Üsyançıları sakitləşdirmək və danışıqlar aparmaq üçün meydana gələn general Miloradov Kaxovskinın açdığı atəş nəticəsində ölür. Əgər qəhrəmanlıq etmiş Kaxovskinin həyatını diqqətlə nəzərdən keçirsək görərik ki, o, Smolensk mülkədarı olmuş, bütün var yoxunu qumarda uduzmuş, sonra varlı adaxlı tapmaq məqsədilə Peterburqa gəlmiş, buna nail ola bilməmiş, daha sonra isə təsadüfən Rıleyevlə tanış olduqdan sonra gizli cəmiyyətə cəlb olunmuşdur. Rıleyev və gizli cəmiyyət üzvləri onu uzun müddət Peterburqda öz hesablarına saxlamışdılar. Üsyan zamanı Rıleyev və cəmiyyət üzvləri tərəfindən Kaxobskiyə xüsusi tapşırıqlar verilmişdir. O, da Generalı güllələməklə aranı daha da qızışdırmışdır.


 6. Ağılsız və rəhmsiz

 Sovetlər dönəmində “bədbəxt-əzabkeş” dekabristlər haqqında təhrif olunmuş bir mif yaratmışdılar. Amma bu mənasız, ağılsız üsyanın qurbanları haqqında danışan yox idi. Bu qarşıdurmada heç nədən minlərlə günahsız əsgərlər, sadə əhali öldürülmüşdü. Bir sözlə, ən böyük zərbə xalqa dəymişdi. Üsyançıların ipə-sapa yatmadığını görən imperator onları top atəşinə tutdurmağa məcbur olmuşdu və bu zaman minlərlə ölənlər olmuşdur. Bunlardan – 150-dən çox azyaşlı uşaq, 80-dan çox qadın, 100-lərlə yaşlı, qoca kişi və qarı, 500-dən çox əsgər və aşağı çinli zabit və s. həlak olmuşlar.


 7. Hər şey gizli olaraq

 Son zamanlar bu üsyanın səbəbləri haqqında yeni-yeni versiyalar üzə çıxmaqdadır. Belə ki, bir çox tarixi tədqiqatlar bu üsyanın səbəbinin məhz Konstantinin özündə olduğunu təsdiqləyir. Sən demə, elə üsyanın təşkilatçısı da məhz Konstantinin özü olub. Üsyan yatırıldıqdan sonra, tutulub həbs edilən üsyançıların istintaqında imperator Nikolayın şəxsən özü iştirak etmiş və həbs olunanların verdiyi ifadələrdən belə məlum olmuşdur ki, baş vermiş qarşıdurmalarda Konstantinin əli varmış. Çünki, o zamanlar Varşava da olmuş Konstantin oranı tərk edər-etməz orada da üsyanlar qarşıdurmalar baş vermişdir. Varşavanı tərk edib Vitebskə gələn Konstantin birdən-birə vəba xəstəliyinə tutulur və bir neçə gün ərzində dünyasını dəyişir ( “vəba xəstəliyinin arxasında qəsdən öldürülmə də ola bilər” deyənlər də var).


 AzEns.AZ

Tweet 175