Dünyanın ən məşhur kofe növləri


 Kofeni nə üçün içdiyimizdən asılı olmayaraq, onun dadını, qoxusunu bir çox insanlar sevirlər. Kofe səhəri daha xoşbəxt və enerjili açmağımıza səbəb olur. Yəqin ki, kofeni sevən hər kəsin sevimli sifarişi var – bu, latte, piccolo və ya long-black ola ilər. Ən populyar kofelərin siyahısına nəzər yetirin.


 Caffè Americano

Bu kofe növünü bir şot espressoya isti su əlavə edərək hazırlaya bilərsiniz. İkinci Dünya Müharibəsi illərində Amerika əsgərlərinin kofenin həcmini artırmaq üçün amerikano-nu hazırladığı deyilir. Müharibədən sonra Amerika baristaları tərəfindən hazırlanmağa başlandı.


 Latte (və ya Cafe au lait)

 Kofe içənlər üçün olduqca populyar bir seçimdir, latte qaynadılmış süddən və bir şot espresso-dan ibarətdir. Adətən olduqca köpüklüdür və bəzən şəhərdə latte və Flat-white kofe növlərinin fərqini anlamayan kafelərlə qarşılaşacaqsınız.


 Cappuccino

 Dünyadakı ən məşhur qəhvə növlərindən biri olan cappuccino üç qatdan (bir növ tort kimi) ibarətdir. Birincisi, bir şot espresso, sonra qaynadılmış süd və nəhayət bir qat süd köpüyü əlavə edir. Bu son təbəqə şokolad tozu və ya vanil ilə dadlandırıla bilər. Ənənəvi olaraq, italyanlar səhər yeməyində bu növ kofeni içirlər.


 Espresso

 Bir espresso hazırlamaq üçün yüksək təzyiq altında qaynar suyu, qəhvə dənələrini kiçik bir qaba tökün. Sadə səslənir? Əslində təəccüblü dərəcədə çətindir. Espresso, əldə edə biləcəyiniz ən təmiz kofe təcrübəsidir, lakin hər kəs üçün deyil.


Yuxarıdakı kofe növlərindən başqa, macchiato, mochaccino, İrlandiya qəhvəsi, Vyana, türk qəhvəsi və affogato ən populyar olanlardandır.


 AzEns.AZ


Tweet 268