Ermənistanın paytaxtı İrəvan – Azərbaycan şəhəridir


 Ermənilərin etnik və toponomik reformaları tarixi həqiqətləri gizlətmək gücündə deyil. Erməni “etimoloq”ları gürcü, azərbaycanlı toponimlərini və tarixi azəbaycanlı, gürcü vilayətlərini köklü surətdə dəyişərək, bütün bunları lirik bir məzmunda izah etməyə çalışırlar.


  Erməni əfsanələri İrəvanın salınmasını Nuhla əlaqələndirir. Bu şəhərin adının, Nuhun işlətdiyi “Yerevanç” (o peyda oldu) sözü ilə bağlı olduğunu sübut etməyə çalışırlar. Guya ki, Nuhun dövründə dünyanı su basan zaman, suyun səviyyəsi aşağı düşən vaxt Ararat (Ağrı) dağının zirvəsi görünərkən peyğəmbər bu sözü işlətmişdir. XIX əsrdən başlayaraq erməni “etimoloq”ları sübut etməyə çalışmışlar ki, Nuh dövrünün subasmasından sonra yaranan dünyanın ən qədim şəhərlərindəndir və Nuh “Yerevanç” sözünü işlətməklə öz milli mənsubiyyətini bildirmişdır. Erməni “etimoloq”ları bununla Nuhun erməni olduğunu da hamıya sübut etməyə çalışmışlar.Hətta ermənilər lirik məzmunlu belə bir rəvayəti “Qədim Böyük Ermənistan” tarixi salnaməsi kimi qələmə verməklə özlərinə tarix və mədəniyyət yazmağa çalışmışlar.


 İrəvan şəhərinin yaranmasını süni surətdə qədimiləşdirməyə çalışan erməni “tarixçi”ləri 1950-ci ilədək heç bir şeyə nail ola bilməmişlər. 1950–ci ildə sovet-erməni arxeoloqlarının Arin-Berg təpəliyində tapdıqları daş plitə üzərindəki mixi yazıda guya yazılmışdır ki, Erebuni şəhəri Urartu çarı I Arkişti tərəfindən salınıb. Daş salnamənin tam “açılışı”ndan sonra erməni “etimoloq”ları Urartu qalası olmuş Erebuninin e.ə. 782-ci ildə salındığını “bəyan” etdi. Bundan öyünən Ermənistan hakimiyyəti 1968-ci ildə Yerevanın 2750 yaşını bayram etməyi qərara aldı. O vaxtdan bu günədək hər il oktyabr ayının 10-u siyasi-tarixi bir şou olan Yerevanın yaranma tarixi kimi qeyd olunur.


 Əslində isə, tarixi faktlara əsaslanaraq, tam əminliklə demək olar ki, İrəvan - Səfəvilər (türk-azərbaycanlı) imperiyası ilə Osmanlı imperiyası sərhəddində, dayaq-qala kimi XVI əsrdə salınmışdır. Belə ki, osmanlıların şərqə doğru irəliləməsinin qarşısını almaq məqsədi ilə Şah İsmayıl I Səfəvi, 1515-ci ildə Zəngi çayı üzərində qala tikməyi vəziri Rəvan Qulu xana tapşırır. Qala tikildikdən sonra Rəvan Qala adlandırılır. Sonralar Rəvan Qala Rəvan şəhəri olur, daha sonra isə bu ad İrəvana çevrilir.

 Bəzi şərqşunas alimlərin fikrincə, İrəvan toponimi qədim türk sözü olan “ir” (mənası “Günəşə qalxan dağ”) və fars sözü olan “van” (“yer”, “məkan” mənasında) söz birləşməsindən yaranmışdır.

 Sonralar, Səfəvi imperiyasının zəifləməsi 20-dən çox müstəqil Azərbaycan xanlıqlarının yaranmasına səbəb oldu və bu xanlıqlardan da biri İrəvan xanlığı idi. Bu xanlıq XIX əsrin əvvəllərinədək, Rusiya imperiyasının İrəvanı istila edənədək mövcud olmuşdur.


 Statistik məlumatlar təsdiq edir ki, 1905-1907-ci il hadisələrindən sonra azərbaycanlılara qarşı aparılan kütləvi represiya prosesləri gizli surətdə davam etdirilirdi. Statistik məlumatlar təsdir edir ki, İrəvan quberniyasının əhalisi 1916-cı ildə 1831-ci ilə nisbətən 40 dəfə artmış, yəni 14.300-dən 57.000 nəfərə çatmış, azərbaycanlıların isə sayı 4,6 dəfə artaraq 246.600 nəfər olmuşdur.

 XIX əsrin sonlarında İrəvan quberniyası azərbaycanlı əhalisinin sayına görə Qafqazda Baki və Yelizavetpol (Gəncə) quberniyasından sonra üçüncü yerdə idi. Rusiya imperiyasında keçirilən ilk siyahıya alma zamanı rəqəmlər göstərir ki, İrəvan quberniyasında 313.178 azərbaycanlı yaşayırmış. Yuxarıda qeyd etdiyimiz XX əsr hədisələri isə azərbaycanlıların faciəsinə çevrildi.


 I Dünya Müharibəsindən və 1917-ci ilin fevral, oktyabr inqilabından sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz məkrli planlarını bolşevizm bayrağı altında realizə etməyə çalışırdılar. 1918-ci ilin martından Bakı kommunasının  “əksinqilabçılarla mübarizə” lozunqu altında həyata keçirdikləri cinayətkar planda İrəvan quberniyasından bütün azərbaycanlı əhalinin çıxarılması nəzərdə tutulurdu.


 AzEns.AZ
Tweet 385