“Google” sözünün mənası nədir?


 4 sentyabr 1998-ci ildə amerikalı proqramçılar Larri Peyc və Sergey Brin “Google” kompaniyasını qeydiyyata saldırırlar. İlk öncə bu axtarış sisteminin yaradıcıları onu BackRub adlandırmışdılar. Çünki bu sistem saytın vacibliyini dəyərləndirən geri göndərişləri təyin edirdi. Bir müddət sonra Brin və Peyc böyük miqyasda məlumata malik olan bu axtarış sisteminə yeni bir ad axtarmağa başladılar. 


  Təsisçilərin dediklərinə görə, onların yaratdıqları kompaniyanın adındakı termini məşhur Amerika riyaziyyatçısı Edvard Kaznerin bacısı oğlu Milton Sirotta fikirləşib tapmışdır. 1938-ci ildə dayısı ilə parkda gəzərkən o iri rəqəmləri müzakirə edərkən, söhbət gəlib 100 sıfırlı ədədə çıxır. Belə bir rəqəmin o zamanlar adı yox idi. 9 yaşlı Milton bu ədədə “quqol” (googol) adını verməyi dayısına təklif edir. Bundan 2 il sonra, 1940-cı ildə Kazner Ceyms Nyumanla birgə yazdıqları “Riyazıyyat və təxəyyül” adlı elmi-populyar kitabda riyazıyyatla maraqlananlar üçün quqol ədədi haqqında məlumat verilmişdir. 


  1997-ci ildə təsisçilər fikirləşirlər ki, kompaniyaya yeni ad qoymaq lazımdır. Bu möhtəşəm, ağlagəlməz dərəcədə çox informasiyaya malik olan sayta yeni adın fikirləşib tapılmasını Stenfordun yataqxanasında qalan tələbələrə həvalə edirlər. Tələbələrdən biri – Şon Andersen təsisçilərdən biri olan Peycə vaxtilə Kaznerin işlətdiyi “googolplex” sözünü təklif edir. Larri Peyc isə bu sözün qısaldılmış formasını, qeyri-rəsmi termin olan, 100 sıfırlı ədədi bildirən “googol” sözünü söyləyir. Bazada olan domen adların yoxlanılması zamanı Anderson təsadüfən “googol.com” yerinə, “google.com” yazır.


  “Google” sözü “googol” (quqol) sözündən götürülmüşdür. Bu riyazi termindir. Yuxarıda qeyd etdiyimiz kimi 1-in arxasında yüz sıfır olan ədədi ifadə edir. Kompaniyanın, yəni “Google”-un da bu sayda informasiyanı özündə cəmlənməsini qarşısına məqsəd qoyduğundan belə adlandırılmışdır.


  Google-un ilk investorlarından biri olan Endi Bextolşeym bu axtarış sisteminin demo-versiyası ilə tanış olduqdan sonra təsisçilərə kompaniyanın rəsmi qeydiyyata alınması üçün 1998-ci ildə 100 dollar pul ayırır. Beləliklə, Sergey Prin və Larri Peyc firmanı Google İns adı altında rəsmi olaraq qeydiyyatdan keçirirlər. Bu kompaniya hələ təsis olunmazdan əvvəl investisiya qoyulan kompaniyalardan hesab olunur.


  AzEns.AZ


Tweet 453