İlk bankomat nə vaxt yaranıb?


 Dünyada ilk bankomat 27 iyun 1967-ci ildə quraşdırılmışdır. Həmin aparat London şəhərinin şimalında yerləşən Enfilddə Barclays bankı tərəfindən quraşdırılaraq istifadəyə verilib.

 Londonda istifadəyə verilən ilk bankomatın yaradıcısı Con Şepard - Barron olmuşdur. Maraqlı olan odur ki, Con Barron bank işçisi deyil, 150-dən artıq ölkəyə pul əskinası üçün kağız istehsal edən “De La Rue” adlı kompaniyanın işçisi idi. 


 Sonralar Şepard - Barrondan belə bir unikal aparatın ixtirası ideyası onun ağlına haradan gəldiyini soruşularkən o, demişdir: - “bankomatı icad etmək ideyası o zamanlar şokolad batonları satan avtomatlardan istifadə edərkən ağlıma gəldi. Mən bankomatı icad edərkən, şokolad batonlarını əskinazlarla əvəz etdim”.


 Qeyd edək ki, ilk bankomat katrla işləmirdi. Həmin aparatlar müştərilərin əvvəlcədən banklardan almalı olduqları qəbzlərlə işləyirdi. Aparata saxta qəbzlərin salınmaması üçün əsl qəbzlərin üzərində zəif radioaktiv izotoplarla işarələr qoyulurdu ki, həmin işarələrin içərisində də PİN-kod yerləşirdi və həmin kodu qəbz sahibi bankomatın klaviaturasında yığmalı idi. Amma ilk öncələr həmin bankomatların bankla heç bir əlaqəsi olmadığından, qəbzlərdə olan hesabın nə qədər olduğunu bilmək mümkün olmurdu (onlayn bankomatlar neçə illər sonra yarandı). Bu səbəbdən də bankomatdan çıxarılan pulun məbləğı 10 funt sterlinqlə konkret olaraq məhdudlaşdırılırdı (qəbzdəki hesabı dəqiq yadda saxlamaq üçün). Həmin illərdə 10 funt sterlinq bir gün, səhərdən axşamadək əylənmək üçün artıqlaması ilə kifayət edən məbləğ idi.


 Keçmiş sovet məkanında (MDB), yəni SSRİ dövründə ilk bankomat 1991-ci ildə istifadəyə verildi. O da pul deyil, Amerikan Ekspress üçün yol qəbzləri verirdi. İlk pul bankomatları isə 1994-cü ildə Moskvadakı “Novoarbatsk” qastronomunda MostBank tərəfindən yerləşdirilib istifadəyə verilmişdir.


 AzEns.AZ


Tweet 101