Kababın çox qədim tarixi


 Kabab – sözsüz ki, insanların hazırlaya bildiyi ilk yeməkdir. Bizim ulu əcdadlarımızın ilk hazırladığı yemək, gözdə və ya odda qızardılan ət olmuşdur.   Kababı çox zaman “şişlik” də adlandırırlar. Şişlik – yəni, şişdə qızardılan ət mənasındadır. “Şiş” - türk sözüdür, yəni – ucu biz, iti olan əşya.


 Bəzi slavyan xalqlarında da közdə və ya odda qızardılan əti, kababı – “şaşlık” adlandırırlar ki, bu da “şişlik” sözünün dəyişdirilmiş formasıdır.


 Şərq ənənələrinə uyğun olaraq qızardılan ət çox təravətli və dadlı olur. Kabab sırf olaraq Qafqaz mətbəxi hesab olunur. Cənubi Qafqaz xalqlarında odda, közdə qızardılmış ətə - şişlik deyilsə də, məhz Azərbaycan bu yemək – “kabab” adlanır. Tüklərdə isə bu yeməyə “şişlik” və ya “şiş – kebab” deyirlər. 


 Közdə, odda qızardılmış ət – linqvistik baxımdan müxtəlif cür səslənir. Məsələn: Azərbaycanda – kabab, türklərdə - şiş – kabab, bəzi türk dilli xalqlarda – şişlik, rus dilli xalqlarda – şaşlık, Şimalı Afrika ölkələrində - broçets, Tailanda – satay adlanır.


 Ümumilikdə, odda və ya közdə qızardılan ətin (kababın) müxtəlif növləri vardır: şiş kabab (hamının tanıdığı kabab), dönər – kabab (şaurma), təndir - kabab (təndirdə qızardılan kabab), lülə - kabab (çəkilmiş ətdən kabab) tava – kabab (tavada qızardılan ət (lanqet)) və digərləri.


 Fars sözü olan “kabab” – tərcümədə “qızardılmış ət” mənasını daşıyır. Kabab ailəsindən olan yeməklər daha çox Yaxın Şərq ölkələrində, Orta Asiya və Qafqazda, hətta kulinariya ənənələrinə türk təsirinin çox olduğu Balkan ölkələrində yayılmışdır.  


 Belə deyirlər ki, şiş–kabab Türkiyədən şərqə doğru böyük bir yol keçmişdir. Deyilənlərə görə, şiş–kababını daha çox türk əsgərləri dincələrkən qılınclarının uclarına ət taxaraq çatdıqları ocaqların közündə qızardarmışlar. Şiş-kabab Türkiyədən İrana, oradan Əfqanıstana və Pakistana, hətta Hindistana qədər gedib çatmışdır. Belə bir uzun yol qət edən şiş-kabab, yol boyu müxtəlif formalara salınmışdır: Suriya və İordaniyada şiş kababının ətini dairəvi kəsərək acı yaşıl bibərlə qızardıb, üstünə çəfəri səpirlər, İsraildə şiş-kababını hindquşunun (hinduşka) ətindən edirlər. İranda isə şiş-kababını daha çox balıq ətindən hazırlayıb üstünə zəfəran, zeytun yağı və otlar əlavə edirlər.


 XIX əsrin ortalarında Azərbaycanı səyahətə etmiş Aleksandr Düma yazırdı: “– mən səyahət etdiyim müddətdə yediyim yeməklərin ən ləziz və ləzzətlisi məhz Azərbaycan kababı idi.”


 Azərbaycanda kabab ənənəvi olaraq quzu ətindən hazırlanır və üstünə ətirli otlar və ədvalar əlavə olunur. Qədim “Kitabi Qədə - Qorqud” eposunda  dəfələrlə “şişlik” sözünə rast gəlinir.


 Azərbaycan şişliyinin müxtəlif növləri vardır: şiş – kabab, lülə - kabab, sac – kabab, tava – kabab, manqal – kabab, təndir – kabab, basdırma – kabab və s.

Azərbaycan kabablarının hamısı, demək olar ki, Qafqazın ən ləzzətli yeməklərindən hesab olunur.


AzEns.az

Tweet 172