İlk müsəlman şəhid kimdir?


  İslamın ilk şəhid ailəsi Yasir ailəsindən olan Əmmarın atası Yasir olmuşdur. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlara amansız işgəncə və əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar.


  Yasir Əmmar Yəməndən gəlib Məkkəyə yerləşmiş və orada ailə qurmuşdu. Xanımının adı Süməyyə idi. Əmmar və Abdullah adında iki övladları vardı. İslam tarixində " Yasir Ailəsi" adlanan bu ailə ilk müsəlmanlar hesab olunurlar və məkkəli müşriklərin işgəncələrinə ən çox məruz qalanlar da onlar idi.


 Müsəlmanların sayı gedərək artırdı, məkkəli müşriklər isə buna mane ola bilmirdilər. Hər yolu sınamalarına baxmayaraq İslamiyyətin nuru gündən günə, könüldən könülə çoxalırdı. O nur artdıqca, müşriklərin ürəkləri qaralırdı . Müsəlmanlara ağla gəlməyən işgəncələr etməyə başladılar. Yasir ailəsi müşriklərin işgəncələrinə ən çox məruz qalan ailə idi. Yasir ailəsini dinlərindən döndərmək istəyən Məkkənin güclü qəbilələrindən olan Mahzumoğulları idi.


  Yasir, xanımı Süməyyə və oğlu Yasiri günün ən isti saatlarında Məkkənin qayalıq bir yerinə aparıb işgəncə edərdilər. Müşriklərin istədikləri tək şey müsəlmanların dilindən dinlərini inkar etmələri və Peyğəmbər Əleyhissalamı yalanlamalarıydı . Yasir ən ağır işgəncələr altında belə bunu etmədi, müşriklər sonunda onu şəhid etdiler. Elə bu adam islamın ilk kişi şəhididir.


  Xanımı Süməyyə həm yaşlı, həm zəif bir qadın idi. Ona da etmədik işgəncə buraxmadılar. O , ərinin işgəncələr altında şəhid olmasına şahid olduqdan sonra Əbu Cəhilə təslim edildi. Əbu Cəhil istədiyi şeyləri dedizdirə bilməyəcəyini anlayınca onu nizə ilə öldürür. Süməyyə İslam tarixinin ilk şəhid qadınıdır.


  AZENS.AZ

Tweet 1080