İlk sosial şəbəkə hansıdır?


 İlk sosial şəbəkə insanların istifadəsinə 1995-cı ildə verildi. Bu classmates.com saytıdır. Saytın hazırda 50 milyon istifadəçisi var. Sayt eyni məktəb, eyni ali məktəbi bitirmiş insanları bir araya gətirmək məqsədi ilə yaradılmışdı.


 Classmates ― tərcüməsi həmsinif deməkdir. Amma bu sayta yalnız həmsiniflər deyil, istənilən hər kəs daxil ola bilər. İlk cəhd qeydiyyat cəhdidir. Rendi Konradın yaratdığı bu sayta şəkillər yerləşdirmək, şərhlər və fikir yazmaq da mümkündür.


 Bu saytın adı hazırki dövrümüzdə çox hallanmasa da, dünyanın ilk sosial şəbəkəsi elə classmates.com sosial şəbəkəsidir.  


 AzEns.AZ

Tweet 1026