Milyardsız Milyarder - Çak Fini


O Duty Free-nin yaradıcısı Çak Finidir (Chuck Feeney). O, 82 yaşına kimi 7,5 milyard dollar sərvət əldə edib. O, ekonom-sinifdə uçur, 15 dollarlıq elektron saat taxır, ucuz parçadan tikilmiş köynək geyir, dəbdəbədən uzaq dükanlara, restoranlara gedir, metrodan və ya taksidən istifadə edir. 


Onu simic kapitalist adlandırmaq olardı, əgər o, 30 il ərzində 6 milyard dollardan çox pulu xeyriyyəçiliyə sərf etməsəydi... 

O bu müddət ərzində bu qədər məbləği öz xeyriyyə fondu vasitəsilə ABŞ, Vyetnam, Avstraliya, Cənubi Afrika, İrlandiya və Bermud adalarında təhsilin inkişafı uğrunda xərcləmiş, məzunların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etmişdir. 


Bundan əlavə o, ekstravaqant varlı imicindən də uzaqdır. O bu barədə həmişə kölgədə qalmağı üstün tutduğuna görə son 15 ilə kimi onun bu xeyriyyə işləri barədə çox az adam bilirdi. Lakin belə demək mümkündürsə Çakın bu əməlini mətbuat "ifşa" etdi. Məsələn, onun 2012-ci ilə qədər cəmi 5 dəfə müsahibə verməsi buna bariz nümunədir.


Çak Fini inanılmaz iradəyə sahib bir şəxsdir. Sıfırdan başlayaraq 27 ölkədə qurduğu şirkətinin gəlirləri günü-gündən sürətlə artmağa başladı. Bu gəlirin böyük hissəsi onun şəxsi "The Atlantic Philanthropies" xeyriyyə fondu vasitəsilə məlum işlərə sərf olundu.


Fini deyir: 

- " Pulu almırsan, əksinə verirsən və bunun nəticəsində də görürsən ki nəsə peyda oldu, məsələn- Xəstəxana. Bu hal adamı çox fərəhləndirir. Pulu xeyir işlərə xərcləmək daha məntiqlidir, nəyinki on illərlə bank hesabında qorumaq."


Bill Qeyts özünün xeyriyyəçilik əməllərindən danışarkən Çak Finini nümunə olaraq göstərib və ondan ilhamlandığını bildirib.


AzEns.AZ


Tweet 197