Neft nə rəngdədir?


 Adətən, neft qara rəngdə olur. Lakin qırmızı, yaşıl, kəhraba, mavi rənglərdə və rəngsiz neft də olur. Neftin rəngi onun tərkibindəki qətran maddələrinin xüsusi çəkisi, xarakteri və rəngindən asılıdır. Rəngsiz və ya ağ rəngli neft, mahiyyətcə, qaz kondensatıdır.


 Neftin rəngi onun keyfiyyətinə praktiki olaraq heç bir təsir göstərmir. Neftin keyfiyyətinə qeyri-karbohidrogen qarışıqlarının xüsusi çəkisi təsir göstərir. Onlar nə qədər çoxdursa, neft bir o qədər özlü, qatı, hasilat üçün əlverişsiz olur. Belə neftin emalı zamanı böyük həcmdə ağır fraksiyalar qalır.


 Təxminən, 10 il əvvəl Qazaxıstan hökuməti belə ağır fraksiyaların utilizasiya edilməməsi səbəbindən ekologiyaya vurulan zərərə görə ENI (“Tengiz” layihəsinin operatoru) şirkətini milyonlarla dollar cərimə etmişdi. Eyni üsulla Rusiya hökuməti Exxon şirkətini (“Saxalin-1” layihəsinin operatoru) cərimə etmişdi. Düzdür, Ruiya hökuməti pulun əvəzinə layihədə “Qazprom”un payını artırdı. Bu iki maraqlı siyasi-iqtisadi hadisə barədə ayrıca status yazmağı planlaşdırdığım üçün sadəcə faktlarla kifayətlənirəm.


 Yüngül neftdən benzin, kerosin və qazoyl fraksiyaları alınır.


 Müəllif: Asif Şəfəqqətov


Tweet 258