"Nərgiz" kafesi onun adını daşıyır - Bakının əfsanəvi gözəli


 Nərgiz Xəlilovanın həyatı əfsanələrlə dolu idi. Həmin əfsanələrin hansının həqiqət, hansının uydurma olduğu haqqında fikir söyləmək olduqca çətindir. Nərgiz  - ünsiyyətdə çox mülayim, xeyirxah, xoşxasiyyət bir qadın idi və onun çox gözəl qaməti, gözəl üzü, mavi gözləri vardı. Buna görə də o zamanlar Nərgiz tək Azərbaycanda deyil, bütün Sovetlər İttifaqında ən gözəl qadınlardan hesab edilirdi.


 Deyilənə görə, Nərgiz 17 yaşında olanda Bakının sabiq meri olmuş Ə. Ləmbəranskinin məşuqəsi olubmuş. Şaiyələrə görə, Nərgiz o qədər gözəl imiş ki,  küçəyə çıxan zaman avtomobil qəzaları baş verərdi. 


 1959-cu ildə Ə.Lənbəranski Bakı meri olduqdan iki il sonra 1961-ci ildə indiki “Fantanlar meydanı”nda “Nərgiz” kafesi (sevimlisi Nərgizin adına) fəaliyyətə başlamışdır. Həmin yeri Bakıda Parapet adlandırırdılar.


 “Nərgiz” kafesi Bakının ən tanınmış kafelərindən idi, bu kafeyə insanlar öz ailələri ilə gələr, 10 qəpiyə çox dadlı südlü kokteyl içərdilər. 

 Nərgiz Xəlilovanın həyatı demək olar ki, daima nəğd pul aləmi ilə sıx bağlı olmuşdur. O, həmin dövrlərdə Deyilənə görə, onlar birlikdə “İnturist”ə şam yeməyinə gedəndə dostları səmanı fişənglərlə atəşfəşanlığı bürüyürdülər.


 Bir müddət sonra Nərgizin həyat yoldaşını Moskvada həbs edirlər (onun əlindəki çantada 1 milyon sovet rublu tapılmışdı) və ölüm cəzasına məhkum edilir. Buna baxmayaraq, o müəyyən yollar taparaq Amerikaya qaçır. Amerikada olduğu elə ilk günlərdə restoranda dava-dalaş zamanı bir zəncini öldürür və elektrik stulunda ölüm cəzasına məhkum edilir. 


 Həyat yoldaşı ilə əlbir olmaqda günahlandıraraq Nərgiz də göz altına alınır və sübut olunur ki, o, Moskvada olarkən dollarla alış-veriş edirmiş. Nərgizə 8 il iş verilir. Azadlığa çıxmağına az qaldığı müddətdə həbsxanaya başqa bir işlə bağlı gələn DTK-nin müstəntiqi təsadüfən onu görür, ona vurulur və Nərgizə evlənmək təklifi edir. Nərgizlə evlənmək xatirinə o, DTK müstəntiqi işindən istefa verir, Nərgiz həbsxanadan çıxan kimi onunla evlənir, bizneslə məşgul olmağa başlayır və sonralar o, Bakının ən varlı adamlarından birinə çevrilir.


 Nərgiz çox məşhur bir ailədən idi, onun atası ilə Müslüm Maqomayevin atası çox yaxın (süd qohumluğu) qohum olmuşlar. Nərgizin, həmçinin, Ü. Hacıbəyovla da yaxın qohumluq əlaqələri vardı. Hətta azadlığa çıxdıqdan sonra Nərgiz Ü.Hacıbəyovun ev-muzeyinin direktoru kimi çalışırdı.


  Nərgiz Xəlilova keçən əsrin 90-cı illərinin sonunda Moskva xəstəxanalarından birində qan xərçəngi xəstəliyindən dünyasını dəyişir və Bakıda yerləşən “rus qəbiristanlığı”nda dəfn olunur.


 AzEns.AZ

Tweet 113