Novruz Bayramı hansı ölkələrdə qeyd edilir?


 Novruzu təkcə Azərbaycan və İranda deyil Orta Asiya ölkələrində, Pakistanda, Əfqanıstanda, Suriyada, İraqda, Albaniyada və hətta Hindistanın bir neçə vilayətində qeyd olunur. Qırğızıstanda, Qazaxıstanda , Tacikistanda və Üzbəkistanda evdən cinləri qovmaq məqsədi ilə bayram ərəfəsi evdə ətirli budaqlar yandırırlar.


 Bayramqabağı küsülüləe barışmalı, borclar bağışlanmalıdır. Hesab olunur ki, bayram ərəfəsində evi və fikirləri təmiz olan insanlara mehriban mələklər bolluq gətirirlər. Bu səbəbdən Novruz öncəsi evləri səliqəyə salırlar.


 Novruz bayramı ilə əlaqəli olan bütün ev işlərini bayrama qədər tamamlamaq lazımdır, o cümlədən, təmizlik islərini, bayram təamlarının hazırlanmasını, evin alma və nar ağacı budaqları ilə bəzədilməsini. Mütləq paltarlar yuyulur, xüsusən uşaq paltarları, çünki hesab olunur ki, su bütün neqativi yuyub aparır.


 Qırğzııstanda Novruzda açıq havada çəmənlikdə və ya meşədə ənənəvi yaydan ox atma yarışları keçirilir. Oyun rəngarəng bəzədilir( xüsusən geyimlər, ox və kaman). Dayanacaqdan 3 – 4 metr aralı 2 metr hündürlükdə dirəklər bərkidilir, ona heyvan şəkli olan nişangahlar bərkidilir və iştirakçılar növbə ilə nişangaha ox atırlar. İstənilən heyvan şəklini nişan almaq olar. Oyunu çətinləşdirmək üçün ox atmanı həm yerindən həm də, qaça-qaça keçirirlər.


 Kız kuumay (azərb. qız qov) — Azərbaycanda və Orta Asiyada yayılmış at oyunudur.

Oyun atlının və yoldaşının yürüş zolağına çıxışı ilə başlayır. Qız atlı oğlandan 12 -15 metrə irəlidə durur. Hakimlərin siqnalı ilə atı çapmağa başlayır. Qız atı 400 metrəyə çapdıqdan sonra oğlan da hərəkətə gəlir. Əgər oğlan qıza çatsa o qızı çapa-çapa qucaqlıyıb öpmək hüququ alır. Geriyə rollar dəyişir, qız oğlana çatmalıdır. Əgər çatsa, o oğlanı qamçı ilə vurmaq hüququ alır. Heç bu oyun haqqında eşitmisən?


 Novruzun digər ənənələrinə Əfqanıstanda Buz kaşı idman tədbirlərini, həmçinin yerli küçə təqdimatları aiddir. Buz kaşı idman tədbirlərində çaparlar oyunda başsız keçi cəmdəyindən istifadə edirlər. Oyun atla polo oyununu xatırladır.

 İranda isə ənənəyə görə masada 7 adı "sin"(s) hərifi ilə başlanan nemət olmalıdır:

1 Seeb (alma),

2 Seer (sarmısaq),

3 Serkeh (sirkə),

4 Sonbol (sünbül),

5 Samanu (halva),

6 Sabzeh (səməni),

7 senjed (iydə)

Onlar məhsuldarlıqı, uğuru simvolizə edir.


 AzEns.AZ


Tweet 350