Puşkinin baş tutan və tutmayan 30 dueli


 Əksəriyyət ədəbiyyat tarixindən, onun həyat və yaradıcılığı haqda olan yazılardan bilir ki, məşhur rus şairi və yazıçısı Aleksandr Puşkin 38 yaşına çatmamış, 1837-ci ildə dueldə Dantes tərəfindən öldürülmüşdür.

 Bu dueli əksəriyyət, Puşkinin ilk və son dueli kimi qəbul etmişdir.


 Puşkinşunasların apardıqları uzun müddətli araşdırmalardan sonra məlum olub ki, Dantesə qədər Puşkinin başqa-başqa tanınmış şəxslərlə 30-dan çox baş tutan və baş tutmayan duelləri olub. Bu duellərin bəziləri yaxın dostların vasitəçiliyi ilə təxirə salınmış, bəziləri dayandırılaraq barışıq elan edilmiş, bəziləri isə ümumiyyətlə ləğv edilmişdir.


 Məşhur rus şairi və yazıçısı Puşkin Danteslə duelə çıxanadək aşağıda adı çəkilən şəxslərlə düeldə olmuşdur: Hanniball, Kaverin, Rıleyev, Tolstoy, Kyuhelbeker, Korf, Deniseviç, Zubov, Orlov, Druqanov, Pototski, naməlum yunan, Degill, Starov, Lanov, Balş, Prunkul, Rutkovski, İnqlezi, Russo, Turgenev, Xvostov, Solomirski, naməlun şəxs, Repnin, Qalıtsın, Laqrene, Xlüstin, Soloqub və sonuncu Dantes.


 1837-ci ilin yanvar ayının 27-də Puşkinlə Dantes arasında yaranan kəskin mübahisə və münaqişə onları duelə gətirib çıxarır və dueldə Dantes tərəfindən qarnından ölümcül yaralanan Puşkin 1837-ci il yanvar ayının 29-da dünyasını dəyişir.


 AzEns.AZ


Tweet 365