“XX əsrin vəbası”: QİÇS necə əmələ gəlib?


 QİÇS-i əvvəllər “XX əsrin vəbası” adlandırırdılar ki, bu xəstəlik hələ də ən təhlükəli və ən az öyrənilmiş bir xəstəlik olaraq XXI əsrin ikinci onilliyinədək gəlib çatmışdır. Digər xəstəliklərə nisbətən hələ daha çox öyrənilməsinə baxmayaraq, bu xəstəliyin əmələ gəlməsi haqqına dəqiq faktlar lazımınca deyildir. Ən sirli olanı da odur ki, bu xəstəliyin əsas yaranma səbəbləri dəqiq məlum deyil. 


 Bəzi araşdırmaçıların fikrincə, bu xəstəlik insanlara meymunlar (şimpanzelər) vasitəsilə keçib.  Bəzilərinə görə isə xəstəlik süni olaraq, xüsusi laboratoriyalarda yaradılıb. Bəziləri də hesab edirlər ki, QİÇS adlı xəstəlik ümumiyyətlə, yoxdur.

 QİÇS xəstəliyi llk dəfə 1981-ci ildə ABŞ-nın “Xəstəliklərin nəzarətə götürülməsi və profilaktikası” Mərkəzində qeydə alınmışdır. O zaman bu xəstəliyin simptomları aşkarlanmış, 30 kişi müayinə edilmişdir. Müayinə edilmiş 30 nəfərin hamısı homoseksualistlər idi. Bu səbəbdən də, həmin xəstəliyi ilk öncələr “geylərin immunçatışmazlığı” adlandırırdılar.


 Bir neçə ildən sonra QİÇS artıq Avropada da aşkar edildi. Bu xəstəlik Avropada tək kişi – homoseksualistlərdə deyil, qadınlarda, hətta uzun müddət cinsi əlaqədə olmayan qocalarda belə aşkarlanmışdı. Bu hadisə QİÇS xəstəliyinin yaranma səbəblərinin yenidən, çox dəqiqliklə araşdırılmasına yeni təkan verdi və müəyyən olundu ki, bu xəstəlik tək çinsi əlaqə vasitəsi ilə deyil, qan vasitəsilə də keçir. 


 QİÇS-in dünya alimləri tərəfindən ciddi araşdırıldığı həmin dövrlərdə mənşəyi məlum olmayan bu xəstəliyə mübtəla olanların sayı durmadan artırdı. Belə olan halda tibb mütəxəssisləri bu xəstəliyin hardan gəldiyini daha ciddi araşdırmağa başladılar. Uzun illərin ciddi araşdırmalarından sonra müəyyən edildi ki, insanlarda olan bu xəstəliyin analoji bir formasına Qərbi Afrikada yaşayan qorillalar və şimpanzelərdə rast gəlinir. Alimlərin araşdırmasına görə, xəstəliyin virusunun ilk dəfə ötürülmə halları təxminən, 1926-50-ci illərə təsadüf edib. Bu xəstəlikdən ilk ölüm halları isə 1960-cı illərdə baş vermişdir. 


 Həmin dövrlərdə afrikalıların meymunlarla əlaqədə olması bir az ağlabatan olsa da,  meymunları heç heyvanxalarda belə görməyən avropa və amerikalılarda bu virusun necə meydana gəldiyi alimləri daha çox düşündürməyə başladı.


 Uzunmüddətli elmi axtarışlardan və araşdırmalardan, sonra müəyyən olunmuşdur ki, XX əsrin əvvəllərində tibb aləmində meymun vəzilərinin insanlara köçürülməsi təcrübələri aparılmışdır. 1920-30-cu illərdə tibb alimləri meymunun testikul və qalxanvari vəzisinin insana köçürülməsi əməliyyatlarını dəfələrlə sinaqdan keçirmişlər. O zamanlar bu əməliyyatlar insanlarda orqanizmin cavanlaşma və kişilərdə impotensiyaya qarşı mübarizə məqsədilə sınaqlardan keçirilirdi. Güman edilir ki, sınaqdan keçirilən bu təcrübələr inkişaf etmiş ölkələrdə QİÇS-in yayılmasına səbəb olmuşdur. 


 QİÇS mövcud deyil ... 

 “QİÇS mövcud deyildir” fikrini,  “QİÇS-i inkar edənlər” Hərəkatının üzvləri (dissitentlər) və tərəfdarları təbliğ və təşviq etməklə məşğuldurlar. Onlar təsdiq edirlər ki, QİÇS- düşünülmüş bir xəstəlikdir. Bu xəstəliyin ortaya atılması - yaşayış üçün əlverişsiz regionlarda və əhalinin kasıb təbəqələrində aclıqdan, normal tibb xidmətlərinin olmamasından və s... səbəblərdən ölüm hallarının artmasını gizlətmək məqsədi daşıyır.

 QİÇS dissidentləri QİÇS-in yaranma səbəblərini kompleks halında, bir çox xəstəliklərdə: pnevmaniya, Kapoşi sarkomları, entsofalit, insan orqanizmində müdafiə gücünün zəifləməsinə səbəb olan bu və digər xəstəliklərdə görürlər. Dissidentlərə görə, sözü gedən retro-viruslar elə də təhlükəli deyil, onların bu xəstəliklə heç bir əlaqəsi yoxdur və bu sübuta yetirilməmişdir.

 
 AZENS.AZ 


Tweet 270