“Qız qalası” – müsəlman şərqində ilk balet


 Müsəlman şərqində ilk balet Azərbaycanda səhnələşdirilib. Bu “Qız qalası” baletidir. Baletin musiqisinin və librettosunun müəllifi Əfrasiyab Bədəlbəylidir.


 Müəllif bu baletə tipik folklor əsər əsasında quruluş vermişdir. Buna misal olaraq baletdəki  kəndlilərin və elçilərin rəqsini, birinci pərdədə Aypərinin partiyasını göstərmək olar. Ə. Bədəlbəyli baletə əsl Azərbaycan musiqilərini, yəni - lirik musiqisi olan “Ay, bəri bax” (birinci pərdədə qızların rəqsi), “Tərəkəmə”, “Kikican” rəqs havaları (birinci pərdədə kəndlilərin rəqsi) “Bayatı – Şiraz” muğamından şöbə (3-cü pərdədə Gülyanağın rəqsi) daxil etmişdir.


 Ə. Bədəlbəyli baletdə hətta özbək (“özbək qonaqlarının rəqsi”), İran (“iranlı qonaqlarının rəqsi”) təranələrindən də istifadə etmişdir. Bəstəkar baletdə xalq mövzularının köməyi ilə “kəsişmə” musiqinin inkişafına da cəhd göstərmişdir. Belə ki, “Ay, bəri bax” epiloqda qəhrəman qız yaddaşında keçmiş xoş günləri canlandırarkən çox qəmli səslənir.


 Polad və Gülyanağın məhəbbəti ilə bağlı olan bu şərq əfsanəsində onların ayırmağa çalışan, özgə nişanlısına - öz doğma qızına evlənmək istəyən insafsız, qəddər Cahangirxandan söhbət edilir. Dəniz sahilində Gülyanağın xahişi ilə möhtəşəm bir qala tikilir. Gülyanaq bu qalada bağlı qapı arxasında saxlanılır. Xanın sarayında toya hazırlaşan zaman Polad Cahangirxanı öldürür. Gülyanağın xanın öldüyündən xəbəri olmur, qalanın başına çıxaraq oradan özünü dənizə atır. Polad isə ömürlük dərd-qəmə qərq olur. Həyat – qaranlıq və işığın, xeyir və şərin mübarizəsi deməkdir. Hərçənd ki, hər zaman xeyir şərə qalib gələ bilmir.


 Baletin təqdimatı 18 aprel 1940-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrınında S.Kevorkovun və V.Vronskinin quruluşunda nümayiş etdirilmişdir. Tərtibatçı rəssam isə F.Qusak olmuşdur.


 Gülyanağın ilk ifaçısı – ilk azərbaycanlı balerina Qəmər Almaszadənin çıxışı çox yüksək dəyərləndirmişdi. Qəmər Almaszadə əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı, bəstəkarın həyat yoldaşı, ilk Azərbaycanlı balerina və daha sonra quruluşcu baletmeyster idi.


 AzEns.AZ

Tweet 271