Səttar Bəhlulzadənin gizli məhəbbəti


 “Sonuncu dərviş” kimi tanınan məşhur azərbaycanlı rəssam Səttar Bəhlulzadə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Amma, sözsüz ki, onun bir istədiyi, sevdiyi, bir sevgi hekayəsi, sevdiyi qadın olmamış deyildir. Səttar Bəhlulzadə bu sevgini hamıdan gizli saxlasa da, sevdiyi qızla birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa gəliblər. Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də, sevdiyi qız ona həmişə bir dost kimi yanaşıb. Bir müddətdən sonra onun sevdiyi qız başqa birisi ilə ailə həyatı qurur, lakin çox keçmir ki, onların birdə həyatı baş tutmur və ayrılmalı olurlar. Səttar Bəhlulzadə isə ömrü boyu subay qalır.


 Sevgisi daşa dəyən rəssamın məhəbbəti, onun lirik rəsmlərində özünü göstərir. Sevdiyinə qovuşa bilməsə də, deyilənlərə görə, onları birləşdirən iki cəhətdən biri onların hər ikisinin də rəssam olması idisə, digər bir cəhət isə hər ikisinin mavigözlü olması idi. Səttar Bəhlulzadənin hamıdan gizli saxladığı məhəbbəti – Xalq Rəssamı, qrafika ustası Maral Rəhmanzadə imiş.


 Maral Rəhmanzadə rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadınımızdır. T. Rəhmanzadə dəzgah qrafikasının inkişafına böyük töhfələr vermişdir. Sən demə, Maral Rəhmanzadəni ömrü boyu pünhan (gizli) sevən Səttar Bəhlulzadə olub. Maraqlı olan odur ki, hər ikisi tanınmış, məşhur rəssam olmalarına baxmayaraq, bu sevgi dillər əzbəri olmayıb. Bu da, sözsüz ki, Səttar Bəhlulzadənin böyüklüyündən, daha doğrusu, onun mərdliyindən irəli gəlir. 


 AzEns.AZ

Tweet 168