İslamda ayparanın mənası nədir?


 İslamdakı aypara simvolu islamdan neçə min illər böyükdür. Bu simvolun nə vaxt yaranması haqda dəqiq məlumat yoxdur. Amma mənbələrin əksəriyyətinin verdiyi məlumatlara əsasən, demək olar ki, bu qədim astronomik simvol - bir çox xalqlarda Günəşə, Aya və Səma ilahəsinə inandıqları zaman yaranmışdır. Belə bir məlumatlar da vardır ki, Aypara və ulduz Karfogen ilahəsi Tanit və ya Yunan ilahəsi Diananın simvolu olmuşdur. Bundan başqa, Aypara Bizans şəhərinin (indiki İstanbul) simvolu olmuşdur. Digər bir məlumata görə isə, bu simvol İlahə Diananın şərəfinə seçilmişdir. Digər məlumatda isə deyilir ki, eramızdan əvvəl  340-cı ildə  Makedoniya çarı II Filippin ordusuna qarşı  vizantiylilərin  məğrur döyüşünün şərəfinə bu simvol seçilmişdir. Hadisə belə olmuşdur: 

  ... liman – şəhər Bizansın (Konstantinopolun) mühasirəyə alınması üçün makedoniyalıların hərbi-dəniz donanması olmadığından, onlar liman-şəhərə quru yolla hücum etmək qərarına gəlirlər və gecə şəhərə hücum edəcəklərini planlaşdırırlar. Makedoniya ordusu gecə şəhərə hücum edərkən, aylı gecə olduğundan  makedon əsgərləri aydın görünür və bu hücum çox asanlıqla dəf edilir. Makedon əsgərləri geri çəkilməyə məcbur olur.  Şəhər əhalisi bunu təntənəli surətdə bayram etməklə yanaşı, Bizansın “himayəçi”si olan İlahə Hekata dualar oxuyur, onun şərəfinə pullar buraxırlar. Bu pulların üstündə  Aypara və 6 guşəli ulduz şəkli həkk edilir. Düşməni gecə, ay işığının köməyi nəticəsində dəf etdikləri üçün vizantiyalılar “Ulduzlu Aypara”nı şəhərin simvoluna çevirirlər. Bu simvol Bizans şəhəri Konstantinopol olanadək qalır. Yəni 330-cu ilədək, şəhər Roma imperiyasının paytaxtı olanadək... 1453-cu ildə şəhəri Türk-Osmanlıları tutduqdan sonra əvvəl bütpərəstlərin, sonra isə xaçpərəstlərin simvolu olan Aypara, sonda islam simvoluna çevrilir.

 Əfsanələrə görə, 1299-cu ildə Osman Kiçik Asiyada (İndiki Türkiyə ərazisi) balaca bir ərazinin hakimi olur. O,  dünyanın bir başından o biri başına qədər hərəkət edən Aypara görür yuxusunda. O, bunu  -  xoş xəbər, xoşbəxtlik müjdəçi kimi qəbul edir və öz sülaləsinin simvoluna çevirir. Yuxu Osmanı aldatmır. Onun sülaləsi böyük bir ərazini əhatə edən bir imperiyanın xələfləri olurlar və müsəlman aləminin böyük hökmdarlarına çevrilirlər... 

 Bundan başqa, yuxarıda qeyd olunduğu kimi “Ulduzlu Aypara” ilk öncə Bizansın, sonra Konstantinopolun, türk işğalından sonra isə Türklərin simvoluna çevrilmişdir. Türklər bunu öz qələbələrinin simvolu kimi qəbul etmişdilər. Bundan sonra “Ulduzlu Aypara” müntəzəm olaraq müsəlmanlığın və müsəlman dünyasının simvoluna çevrilir. Hazırda bu simvola islam ölkələrinin bayraqlarında, pullarında, gerblərində, məscidlərdə, poçt markalarında rast gəlmək mümkündür.

 Neçə yüzilliklər Osmanlı imperiyası müsəlman dünyasını idarə etmişdir. Həmin dövrlərdə, hətta indinin özündə belə, “Ay – Ulduz” istər müsəlman, istər qeyri-müsəlmanların təsəvvüründə “müsəlman simvolu” kimi qalmışdır. Amma bu simvolun yaranma tarixi islamdan çox-çox qədimlərə gedib çıxır.

 Bir çox müsəlmanlar “Ay-Ulduz” simvolunun kulonunu boyunlarında gəzdirirlər.

AZENS.AZ Orucova Jalə

Tweet 5096