Sünni və şiələr: bir-birindən nə ilə fərqlənir?


 Sünnilik və şiəlik islamda ən böyük dini cərəyanlardan hesab edilir. Yarandığı dövrdən bəri bu dini cərəyanlar neçə dəfələrlə tək dini baxımdan deyil, müxtəlif səbəblərdən bir-biri ilə qarşı-qarşıya gəlməli olmuşlar. Hal-hazırda dünya müsəlmanlarının təxmini 85%-ni sünnilər, 15%-ni isə şiələr təşkil edir.


 Dünya müsəlmanları siyasi səbəblərdən sünnilərə və şiələrə ayrılmışlar. VII əsrin ikinci yarısında Xəlifə Əlinin idarəçiliyi sona çatdıqdan sonra Ərəb xəlifəliyində növbəti xəlifənin kim olacağı ilə bağlı mübahisələr qızışmağa başlamışdı. Məsələ onda idi ki, Əli, Məhəmməd peyğəmbərin kürəkəni idi və müsəlmanların bir hissəsi hesab edirdilər ki, hakimiyyət onun nəslinə keçməlidir. Onlar “şiə”lər adlanırdı.  “Şiə” - ərəbcədən tərcümədə-“Əli hakimiyyəti” mənasındadır. Müsəlmanların digər bir hissəsi isə bunun tam əleyhinə idilər, hakimiyyətə Məhəmmədin nəslindən olan digər birisinin gəlməsini istəyirdilər və bunu Qurandan sonra ikinci olan “sünnə” (şəriət qanunları) ilə əlaqələndirirdilər. Bu səbəbdən də onları “sünni”lər adlandırmışlar.


 İslamın şərhində sünni ilə şiələr arasında fərq nədədir?

Şiələr gün ərzində 3 dəfə namaz qıldıqları halda, sünnilər 5 dəfə namaz qılırlar (buna baxmayaraq hər ikisi 5 dəfə dua edir). Bunların arasında islamın qəbulunda da fərqlər var: hər iki cərəyanın əsası Müqəddəs Quranın dedikləri əsasında qurulmuşdur. Sünnilər bütün müsəlmanların həyat və davranışının peyğəmbərin həyat və davranışları kimi olmasını əsas götürürlər ki, bu da “Hədis”lər adlanır. Şiələr isə imamların dediklərini də hədislər kimi qəbul edirlər.

Sünnilər yalnız Məhəmməd peyğəmbərin dediklərini “hədis” kimi qəbul edir, şiələr isə peyğəmbərin əmisi oğlu Əlini və dediklərini də “hədis”ə bərabər tuturlar. 

Sünnilər və şiələr ali hakimiyyəti müxtəlif cür seçirlər. Sünnilərdə hakimiyyətə din xadimləri tərəfindən təqdim olunanlar və ya seçilənlər təyin edilirlər. Şiələrdə isə hakimiyyətə yalnız Əli nəslindən olanlar gələ bilərlər. 

İmam-sünnilər üçün məscidə rəhbərlik edən dini şəxs, şiələr üçün dini lider və Məhəmməd peyğəmbər nəslinin nümayəndəsidir.

Sünnilər “Sünnə”nin bütün mətnlərini öyrənirlər, şiələr isə yalnız Məhəmməd peyğəmbərə və onun ailə üzvlərinə aid olan hissələrini.

Şiəliyin 5 əsas sütunu var: Təkallahlılıq, İlahinin ədalətinə inam, peyğəmbərlərə inam, imamətə inam, axirətə inam. Digər 10 sütun isə sünniliyin 5 əsas sütununun ideyalarını özündə birləşdirir. Sünniliyin əsas 5 sütunu isə dua, orucluq, həcc, qurbanlıq, namaz hesab edilir.


 Şiəliyin əsas varisləri əsasən, Azərbaycanda,Bəhreyndə, İraqda, İranda, Yəməndə, Livanda və Suriyada yaşayır. 

 Hər iki dini sektanı bir-birindən fərqləndirən ideolodiyalardan biri də odur ki, şiələr imamları dindarlarla Allah arasında bir vasitəçi hesab edirlər və onlar İlahi tərəfindən buna layiq görülmüşlər. Həm də imam şiəliyə görə, dini lider olmaqla bərabər, peyğəmbər tərəfindən seçilmişlər və Yer üzərində onun təmsilçiləridirlər. Bu səbəbdən də şiələr həcc ziyarətilə bərabər 12 imamdan 11 imamın qəbrlərini ziyarət edirlər (12-ci imam Mehdi qeyb olmuş hesab edilir).


  AzEns.AZ/ Jalə Orucova

Tweet 376