İtalyan ehtirası: Frenk Sinatra

  Bir sözlə, Frenk Sinatra bir əfsanə olaraq yaddaşlarda qalmış və onun həyatı dünya mədəniyyətinin ən parlaq səhifəsi sayılır.   Məşhur mafiya ocağı hesab edilən Siciliyada onu “XX əsrin ən arzuolunan kişisi” adlandırmışlar. Frenk Sinatra yaşadığı dövrdə neçə-neçə prezidentlərlə, məşhur siyasətçilərlə, dünyanın 1 nömrəli gözəlləri ilə, hətta kriminal avtoritetlərlə belə yoldaşlıq – dostluq etmişdir.   Frenk Sinatranın sevgi – məhəbbət tarixçəsinə nəzər salsaq görərik ki, onun yalnız bir həqiqi istəklisi olub. O qadına olan sevgisinin ucbatından, Frenk özünün o cür məlahətli səsini belə, itiribmiş. Hətta bir neçə dəfə özünə qəsd etməyə də cəhd edibmiş. Ətrafında məşhur Hollivud gözəlləri olan Merlin Monro, Lana Terner və digərləri olmasına və onlarla yaxın dostluq etməsinə baxmayaraq, Frenk yalnız bir qadının vurğunu idi. Bu qadın 1940-1950-ci illərdə Holluvudun ən gözəl  aktrisası Ava Qardner idi. Ava Qardner çox  cəlbedici,  füsunkar və gözəl bir qadın olub.   Frenk Sinatra Ava Qardnerlə ilk dəfə 1950-ci ildə “ Alicənablar sarışın qadınlara üstünlük verir” filminin premyerası zamanı tanış olmuş və elə həmin andan da ona dəlicəsinə vurulmuşdur.   Frenk Avaya dəlicəsinə vurulan zaman ailəli idi və 3 uşaq atası idi. O, Avaya vurulduğu zaman artıq ailəsini belə gözü görmürdü, yalnız Avanın eşqilə yaşayırdı. Həmin dövrlərdə Ava iki dəfə ərdə olmuş və üstəlik, multimilyonçu Hovard Hyüzla sevgi hekayəsi yaşayırdı. Multimilyonçu Hovard sevgilisi Avanı o dərəcədə sevirdi ki, ona hər gün çox bahalı paltarlar, brilyantlar hədiyyə edirdi. Hətta o, Avaya təyyarə də hədiyyə etmişdir. Belə bir “rəqib”lə Frenk təbii ki, “ayaqlaşa” bilməzdi. Amma yenə də, Frenk Avaya olan hədsiz sevgisindən dönmürdü. O, gecələri yatmayaraq, “birnəfəsə” Avaya şerlər yazır, mahnılar qoşurdu. “I have got you under my skin” – misrası Frenkin bir gecədə Avaya yazdığı şeirin və mahnının sözlərindəndir. Frenk Sinatra özünün ən gözəl şeirlərini, mahnılarını Avaya dəlicəsinə vurulduğu vaxtlar yazmış və bəstələmişdir.   Nəhayət ki, müəyyən bir müddətdən sonra, Frenklə Ava hamıdan gizli olaraq görüşməyə başlayırlar. Press üçünsə, Frenk Nensinin həyat yoldaşı, Ava isə Hyüzun məşuqəsi idi. Amma onlar ictimaiyyətdən və KİV-dən xəbərsiz, gizli görüşlər təşkil edirdilər. Bir dəfə onların bir yerdə olduqları zaman gizlin çəkilən şəkillər ictimayyətdə və KİV-də böyük hay-küyə və qalmaqala səbər olur.Yaranmış hay-küydən və qalmaqaldan uzaq olmaq üçün Ava İspaniyaya qaçır. Bunu eşidərkən, Frenk özünün Ava tərəfindən “atılmış” olduğunu zənn edir və etdiyi dərddən sonra səsi tutulur. O,  Avanın arxasınca İspaniyaya yollanır. Sən demə, Sinatranı İspaniyada yeni bir “sürpriz” gözləyirmiş.   Frenk Sinatra İspaniyaya gələrkən ona məlum olur ki, Ava Riçard Qrin adlı bir toreadorla sevgi məcaraları yaşayır. Bu Frenkə böyük bir zərbə olur. Frenk özünə qəsd etmək istəyir. Amma Ava buna imkan vermir və ona Amerikaya qayıdacağına söz verir. Ava onu aldadır, Amerikaya qayıtmır. Belə olan halda, Frenk yüksək dozada yuxu dərmanı qəbul edərək özünə qəsd etmək istəyir. O, bu dəfə də ölümün pəncəsindən xilas edilir. Ava Frenkin özünə qəsd etməsi haqqında eşidəndə, “təslim” olmaq qərarına gəlir və Amerikaya qayıdır...   Nəhayət ki, Frenkin neçə illərdən bəri çəkdiyi istirabları sona yetir. Onun həyatının ən xoşbəxt anı gəlib çatır. Frenk və Ava Filodelfiyada toy edib, rəsmi olaraq evlənirlər. Evləndikdən sonra, birgə həyat sürdükləri zamanda da qısqanclıq onları rahat buraxmır. Qısqanclıq üzündən onların arasında daim mübahisələr, küsülülüklər hökm sürürdü.   Evləndikdən bir neçə il sonra onlar ayrılmaq, boşanmaq qərarına gəlirlər. 1957-ci ildə onlar rəsmi olaraq boşanırlar. Boşandıqdan sonra da Frenk Avanın bütün şəkillərini öz otağında saxlayırdı. Boşandıqdan sonra onlar yenə də gizli olaraq ara-sıra görüşürdülər.   Frenk Sinatra həmişə səmimi olaraq etiraf edirdi ki,  Avanı sevdiyi qədər heç kəsi sevməmişdir. Boşandıqlarına baxmayaraq o, ömrünün sonuna qədər Avanı sevmişdir.   AZENS.AZ
Tweet