Türk Dilləri Ailəsi - Araşdırma


 XVIII əsrin ortalarından bu günümüzədək aparılan araşdırmalar nəticəsində türk dilinin mənşəyini araşdıran elm adamlarının böyük əksəriyyəti türk dilini mənşə baxımından Altay Dilləri Qrupuna daxil etmişlər.


Tədqiqatların əvvəlindən XIX əsrin sonlarına qədər "Ural-Altay Dilləri Qrupu" adlanan daha böyük bir qrupun daxilində araşdırmalar aparılarkən Ural dilləri ilə Altay dilləri arasında qohumluq olmadığı aydın oldu. Bununla birlikdə, hələ də Ural dilləri ilə Altay dilləri arasındakı əlaqəni araşdıran və bu dilləri bir-biri ilə müqayisə edən dilçilər var.


 Dillərin mənşəyini müəyyən edərkən düzgün nəticələr əldə etmək üçün fonetika, morfologiya və lüğət kimi müxtəlif mövzularda  tədqiqatlar aparılmalıdır. Ural dilləri ilə Altay dilləri arasındakı bəzi oxşarlıqlar bu dillərin əlaqəli olması barədə düşüncəni oyandırsa da, mövcud olan oxşarlıqların qohumluğu sübut edəcək miqyasda olmadığı aydınlaşdırıldı. Bu iki dil qrupu arasındakı oxşarlıqlar əsasən coğrafi yaxınlıq səbəbindən tarixi dövrlərdə meydana gələn mədəni mübadilə nəticəsində meydana çıxmışdır. 


 Türk dilləri Şərqi Avropadan Sibirə və Çinin qərbinə qədər uzanan bir ərazidə 180 milyon insan tərəfindən ana dili kimi istifadə edilir. İkinci dil olaraq isə 200 milyon insan bu dildən istifadə edir. Türk dili Altay dil qrupuna daxildir. Ən çox danışılan türk dili – Türkiyə türkçəsidir. Bütün Altay dillərində olduğu kimi türk dilində də böyük və kiçik bir səs harmoniyası mövcuddur, cümlə quruluşu mübtəda xəbər və sözlər şəkilçilərlə uzadılır. 


 Türk dillərində danışan xalqlar əsrlər boyu köçəri bir həyat sürmüşlər, geniş tarixə malik bu qarışıqlıq prosesindən türk dilləri də əhəmiyyətli dərəcədə təsirlənmişdir. Bu səbəbdən bir çox türk dilləri ayrı düşmüş və söz tərkibləri dəyişmişdir. Cəmi 180 milyon insanın ana dili olaraq danışdığı Türk dilləri ailəsi Altay dilləri qrupunun ən böyük dil ailəsidir. Dünyadakı bütün dillər arasında yeddinci ən böyük dil qrupudur və gələcək onilliklərdə daha da böyüməsi güman edilir. 


 Türk dillərində danışanların dörddə üçü ən böyük üç türk dilindən birini istifadə edir:

Türkiyə Türkcəsi: 70 milyon insan tərəfindən ana dili olaraq istifadə edilir. Türkiyə, Balkan, Qərb və Orta Avropada isə ikinci dil olaraq 80 milyon insan tərəfindən istifadə edilməkdədir.

Azərbaycan Türkü: Azərbaycanda və İranın şimal-qərbində cəmi 30 milyon insan danışır.

Özbək türkcəsi: Özbəkistan, Şimali Əfqanıstan, Tacikistan və Qərbi Çində cəmi 24 milyon insan bu dildə danışır.


 Milyondan çox istifadəçisi olan digər türk dilləri:

Qazax: Qazaxıstan, Özbəkistan, Çin və Rusiyada 11 milyon insan danışır.

Uyğur: Çində və Şərqi Türküstanda 8 milyon insan danışır.

Türkmən: Türkmənistan və Şimali İranda 6.8 milyon insan danışır.

Qırğız: Qırğızıstan, Qazaxıstan və Çin Türküstanda 3,7 milyon insan danışır.

Çuvaş: Bunu Rusiyanın Avropa hissəsində 1,8 milyon insan danışır.

Başqırd: Başqırdda 2,2 milyon insan danışır.

Tatar: Mərkəzi Rusiyadan Qərbi Rusiyaya 1,6 milyon insan danışır.

Qaşqay: İranın cənub-qərbində, əsasən Fars əyalətində (ostan) 1,5 milyon insan danışır. Qaşqaylar azərbaycan dilinin qaşqay ləhcəsində danışırlar.


 Demək olar ki, bütün türk dillərinin fonologiyası, morfologiyası və sintaksisi eynidir. Bundan əlavə, qonşu ölkələrdə birləşmədən gələn və bəzən dil qruplarının hüdudlarını aşan dialektlər var. Ən böyük qrup Türkiyə türkçəsini, Azərbaycan türkçəsi və türkmən dilini özündə birləşdirən Oğuz dil qrupudur. Digər qruplar Uyğur, Qıpçak, Ogur, Sibir və Argu qruplarıdır. Eyni qrupdakı dillər arasındakı fərq bir dialekt fərqi qədərdir, lakin iki fərqli qrupun dilləri arasında qrammatik fərqlər var, bu da danışıqları çətinləşdirir. Ancaq bütün dillərdə demək olar ki, eyni olan bir çox söz var. 


 Bəzi türk dillərdə yalnız bir neçə yaşlı insan danışır və yox olmaq üzrədir: Cənubi Sibirdəki Tofa və ya Karagasca; Yəhudi-Krım-Tatarcası; Çinin şimal-qərbindəki I-li Turki (I-li düzənliyində). Bundan əlavə, cəmi bir neçə min insan tərəfindən istifadə olunan türk dilləri bunlardır: İrandakı Aynallu dili; Çində Yugurca (Gansu əyaləti); Qaşarca (Qaşqar vilayəti); Şimali Sibirdəki Dolganca; Sibirin cənubundakı Çulimcə (Altay bölgəsinin şimalında, Çulım çayının kənarında). 


 AzEns.AZ/ Jalə Orucova

Tweet 209