Yapon, çinli, koreyalı: onları bir-birindən necə ayırmaq olar?


  Qeyd eləmək lazımdır ki, bilgisiz çinlini, koreyalını, yaponları bir-birindən ayırmaq elə də asan deyil. Hətta onların özləri belə bunu 100% dəqiqliyi ilə edə bilmirlər. 


  Belə hesab edilir ki, yaponların sifətləri dartılmış və ovalvaridir, burunları nisbətən nəzərə çarpandır, gözləri isə bir az iri və enli kəsiklidir. Yaponların başları da nisbətən iri olur. Yuxarıda qeyd olunan bu üç xalqın içərisində nisbətən tünd dəriyə çinlilər malikdirlər. Bu səbəbdən də çinlilər dəriləri nisbətən açıq rəngli görsənsin deyə, qaralmağı elə də sevmirlər. Çinlilərin sifətləri yapon və koreyalılara nisbətən daha yumuru olur və çinlilərin almacıq sümüyü daha enlidir. 


  Çin milləti polietnikdir və orada 56-dan çox müxtəlif xalqlar yaşayır. Onların bəziləri görünüşcə çinlilərə elə də çox bənzəmirlər. Məsələn: uyğurlar daha çox taciklərə bənzəyirlər.

  Yapon qadınları makiyaj zamanı tez-tez açıq-ağ rəngdən və aktiv ağardıcı vasitələrdən istifadə edirlər. Belə baxanda, yapon kişiləri və qadınları asiyalılar arasında ən ağdərili hesab edilirlər. Çin qadınları yapon qadınlarına nisbətən kosmetikadan daha az istifadə edirlər.


  Koreya qadınlarını və kişilərini çinli və yaponlardan fərqləndirən cəhətlərdən biri də onların özlərini tez-tez kukla (“gəlincik” oyuncaq) kimi bəzəmələridir. Plastik cərrahiyə Koreyada ən əsas trendlərdən biridir. Statistik məlumatlara görə, istər kişilər, istərsə də qadınlar arasında  dünyada ən çox plastik əməliyyat etdirənlər koreyalılardır. 


  Koreyalıların sifətləri adətən, yastı olur və almacıq sümüyü qabarıq, kvadrat şəkilli olur. Burunları isə nisbətən daha nazikdir. Onu da qeyd eləmək lazımdır ki, koreyalılar çinlilər və yaponlardan ovuclarının balacalığı ilə də fərqlənir. Görünüşlərinə görə, belə deyirlər ki, çinlilər pişiyə bənzəyirlər, yaponlar isə balığa. 


  Göz quruluşuna gəldikdə isə yaponların gözlərinin üst hissəsi çinlilərə, koreyalılara nisbətən bir az ətli və sallaq olur. Ümumilikdə, istər çinli, istər yapon, istərsə də koreyalı olsun hamısının kirpikləri bir cərgə olur, amma avropalılarda kirpiklər iki cərgədir. Boya gəldikdə isə, bu üçlüyün arasında koreyalılar, nisbətən hündürboyludurlar. Bunu da onunla əlaqələndirirlər ki, Koreya mətbəxində daha çox ət yeməkləri üstünluk təşkil edir. Çinlilər və yaponlar isə yeməkdə daha çox balıq, dəniz məhsulları və düyüdən istifadə edirlər. Bu baxımdan, son 50 ildə yapon və çinlilər ətdən daha çox istifadə etdiklərində onları boylarında 10-15 sm artım müşahidə olunmuşdur.


  Çinlilərin sifətləri yumru və yastı, burunları yastılanmış halda, gözləri isə koreyalilara nisbətən böyük olur. Kirpikləri bir cərgə, ağızları balaca, amma alt dodaqları bir az ətli olur. Yaponlara gəldikdə isə, üzləri bir az dartılmış, gözləri badam formalı və küncləri bir az aşağıya doğru çəkik, burunları bir az yuxarıda yerləşmiş və yastı, ağızları enli, dodaqları isə nazık olur.


 AzEns.AZ


Tweet 503