"Yaşıl Kitab" nədir?


 Yəqin ki, çoxlarının “Qırmızı kitab” haqqında məlumatı vardır. Bəzilərinin “Qara kitab” haqqında məlumatı olması da şübhə doğurmur. Amma “Yaşıl kitab” haqqında çox az adamın məlumatı  var. 

 “Yaşıl kitab” zəncilər (qaradərililər) üçün bir növ sorğu və məlumat kitabı olmuşdur. Sual oluna bilər ki, bu kitab əgər zəncilər üçün tərtib olunubsa, bəs nə üçün “Yaşıl kitab” adlandırılmışdır? 


 “Yaşıl kitab” ABŞ-da 1936-cı ildən başlayaraq, 1966-cı ilə qədər 30 il müntəzəm olaraq hər il nəşr edilən bir kitab olub. Həmin kitab, əsasən qaradərili avtomobilçilər (tatsistlər) üçün nəzərdə tutulmuşdur. “Yaşıl kitab” yol, ünvan göstərən bir kitab idi və məhz qaradərilər üçün nəşr edilirdi.


 Məlum olduğu kimi, 1970-ci ilə qədər ABŞ-da irqi seqreqasiya (irqi – ayrıseçkilik) mövcud olmuşdur. Həmin illərdə ABŞ-da qaradərililərin ağdərililər üçün olan kafe - restoranlara, kinoteatrlara, otellərə, bərbərxanalara, hətta nəqliyyat vasitələrinə girməsi, hətta məktəbə gəlmələri belə qəti qadağan idi. Amerikanın əksər kafe – restoranlarına girmək zəncilər üçün qadağan idi və bu səbəbdən də, qaradərililər yeməklərini özləri ilə nəqliyyat vasitəsinə götürür və ya özləri ilə daşımalı olurdular. Zəncilərə, ağdərililərə aid olan yanacaqdoldurma məntəqələrindən və tualetlərdən istifadə də qadağan idi. Zəncilər yalnız qaradərililər üçün ayrılmış yolkənarı tualetlərdən istifadə edə bilərdilər. O illərdə irqi qadağalar Amerika cəmiyyətinin bütün sferalarına sirayət etmişdi. Qaradərililər yalnız onlara qadağa olunmayan yerlərdə ola bilərdilər.

 Həmin “Yaşıl kitab”da zənci sürücülərə qaradərililərə hansı kafe restoranlarda, kinoteatrlarda, otellərdə və məktəblərdə loyal münasibət göstərilirdisə, həmin yerlər-ünvanlar göstərilirdi. Yol-ünvan göstərən həmin kitabın rənginin yaşıl olması, həmin ünvanlarda zəncilər üçün “yaşıl işığın olması” mənasında idi. “Yaşıl kitab”ı olmayan zənci sürücülər çox tez-tez xoşagəlməz hadisələrlə üzləşirdilər. Onlar getdikləri ünvanlarda təhqir olunaraq qovulur, hətta bir çox hallarda türmə ilə hədələnirdilər. Bu cür halların baş verməməsi üçün zənci sürücülərın hamısı “Yaşıl kitab”dan istifadə etmək məcburiyyətində olurdular.


 Kitabın üz qabığında belə yazı vardı: “Yaşıl kitab”ı özünüzlə gəzdirin, o sizə hər an gərək ola bilər”.

 “Yaşıl kitab” adlandırılmış həmin sorğu kitabında zənci sürücülər üçün yol xəritəsi və qaradərililər üçün təhlükəsiz olan hər bir obyekt və məntəqələr  bütün xırdalıqları ilə bircə-bircə çox dəqiqliyi ilə göstərilmişdir. Həqiqətən də o zamanlar həmin bu kitabdan istifadə zəncilərin çox köməyinə gəlirdi və onları çox vaxt bəzi təhlükələrdən də qoruyurdu.


 Maraqlı olan odur ki, həmin bu sorğu kitabını tərtib edib çap etdirən Birinci Dünya Müharibəsi veteranı, poçtalyon və sonra turagent olmuş Viktor Hüqo Qrin olmuşdur ki, o, kitabın adı və rəngi vasitəsilə öz soyadına bir işarət etmişdir.  

 2018-ci ildə “Yaşıl kitab” adlı bədii-sənədli film çəkilmiş və həmin film “Oskar” mükafatına layiq görülmüşdür.      


 AzEns.AZ

Tweet 429