Öz-özünə yox olan ada


 1988-ci ilin əvvəllərində Barneo adası sahillərinin yaxınlığında gözlənilmədən futbol meydançasından da iri ada peyda olmuşdur. XX əsr 90-cı illərin ortalarında isə həmin ada sirli surətdə qeybə çəkilmişdir.

 Adanın qocaman sakinlərinin söylədiklərinə görə, həmin yerdə 1914 və 1945-ci illərdə də yenə belə bir hadisə baş vermişdir. Deyilənlərə görə, o vaxtlar da gözlənilmədən peyda olan ada, gözlənilmədən də qeybə çəkilmişdir.


 Azens.az saytının məlumatına görə, Borneo ərazi baxımından dünyanın ən böyük üçüncü adasıdır. Adanı Malaziya, İndoneziya və Bruney dövlətləri əhatə edir. Borneo adı ilk olaraq Hollandiyalı alimlər tərəfindən verilib.Qərbdə geniş şəkildə istifadə edilməkdədir. Ancaq İndoneziyada ada Kalimantan kimi tanınır. Ayrıca dünyanın ən böyük yeraltı çay dəhlizi də burada yerləşir.


 Ada çox müxtəlif heyvan və bitki növləri ilə zəngindir. "Raflezya" adlı dünyanın ən böyük çiçəyi Borneo adasında bitir. 3 milyon yarasaya ev sahibliyi edən mağara da Borneodadır. Dünyanın ən kiçik fil növü olan Borneo filləri bu bölgəyə məxsusdur. Adada malaziya dili, ingilis, çin dilindən geniş dillərdən istifadə olunur. Əhalisinin 53%-ni müsəlmanlar təşkil edir.

Tweet 1140