Zəncilər niyə qaradərili olurlar?


Qədim əfsanəyə görə, əvvəllər insanların hamısı qaradərili olub.

Bir dəfə onlar bir gölə rast gəlirlər, bu gölün suyu ilə yuyunan adamın dərisinin rəngi ağarırdı və bu, ömürlük qalırdı. Bir çox insanlar bu gölün suyuna baş vurmuş və dərilərinin rəngləri ömürlük ağ qalmışdır. Növbə Afrika sakinlərinə çatanda artıq göldə su o dərəcədə azalmışdır ki, Afrika sakinləri ancaq əllərinin içini və ayaqlarının altını bu suya batırıb ağarda bilmişlər. Bu səbəbdə də zəncilər qaradərili olaraq qalmışlar.

Zəncilərin qaradərili olması haqda bir versiya da var, bu versiya yuxarıda söylənilən əfsanəyə nisbətdə daha ağlabatandır. Həmin versiyaya görə, zəncilərin dəriləri, saçları, göz bəbəkləri melaninlərlə daha zəngin olduğundan qara rəngdədir. Həm də melanin ultrabənövşəyi şüaları daha yaxşı udur və dərini günəş şüaları ilə yanmasından daha yaxşı qoruyur. Beləliklə, təbiətin özü zənciləri günəş şüalarından yanmaqdan qorumaq üçün melaninlə zəngin dərili (qaradərili) etmişdir.

Belə bir versiya da irəli sürülür ki, bütün insanlar ağ dərili olmuşlar, bəziləri gedib Afrikaya çıxmış, daima oranın yandırıcı günəş şüaları altında uzun illər yaşadıqlarından, ultrabənövşəyi şüalardan qorunmaq üçün melaninlə zəngin (dəriyə qara rəng verən və dərini ultrabənövşəyi şüalardan qoruyan piqmentlər) dəriyə sahib olmuşlar və həmişəlik qaralaraq, qaradərili afrikalı zənciyə çevrilmişlər. Yəni ki, bir mutasiya prosesi getmiş: dərinin rəngi qaralmış, qollar uzanmış, saçlar qıvrılmış, dodaqlar şişmiş, burun enlənmiş. Gözlərin rəngi isə tündləşərək zilqara olmuşdur. Bir sözlə, müasir zənci görkəminə düşmüşlər. Dərinin tərkibində olan melanin isə genetik olaraq nəsildən- nəslə ötürülmüş və yeni bir irq – zəncilər əmələ gəlmişdir. Bu versiyadan belə nəticə əldə olunur ki, afrikalı zəncilər şimaldan gələnlərdir.

Afrikanın şimalı da qızmar günəşlidir, Kipr və ya İtaliyanın cənubu da həmçinin. Amma həmin yerlərdə heç bir mutasiya prosesi getmir və heç kəs qaralaraq zənciyə çevrilmir. Hətta neçə yüzillərlə şimalda, ən soyuq olan ölkələrdə yaşamasına baxmayaraq, heç bir mutasiya prosesi baş verməmiş, heç bir zənci çevrilib ağdərili olmamışdır və yaxud da ki; nə qollarının uzunluğu dəyişmiş, nə də ki, dodaqlarının və burunlarının forması.

Haşiyədən kənara çıxıb bir fakta da toxunmaq lazımdır: Cənubi Hindistanda, Birmada, Şri-Lankada, Malaziyada və Okeaniyada tamil adlı bir xalq yaşayır. Ümumilikdə sayları 77 milyondur ki, onların 63 milyonu Hindistanda yaşayır. Tamillər dəri baxımından zəncilərdən qat-qat qaradırlar. Amma onlar ağdərili avropoid irqin üzvləri hesab edilirlər.

Melaninin (dəriyə qara rəng verən piqment) dəri daxilində əsas funsiyası dərinin tək günəş şüalarından yanmasının qarşısını almaq deyil, ultrabənövşəyi şüaların udulmasını da təmin etməkdən ibarətdir. Ultrabənövşəyi şüalar DNK toxumalarını zədələyir və zərərli şişlər əmələ gətirir. İnsan toxumalarında D vitamininin sərbəst sinteziniyaradır. Bu səbəbdən də harada ultrabənövşəyi şüalanma azdırsa və yaxud da, çox deyilsə, orada ağ dərili olmanın üstünlüyü çoxdur, tropik (ultrabənövşəyi süalanmanın daha çox olduğu) yerlərdə isə - qara dəri.

Jalə Orucova
Tweet