AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
28 Dek

Yeni İl corablarının tarixi

Bu məqaləni qiymətləndir
(0 səs)

 Əgər Yeni İl corablarının tarixinə nəzər salsaq, onun birbaşa Santa Klausla əlaqəsi olduğunu görəcəyik, Şaxta babayla yox.

 Əfsanə Milad bayramının rəmzi hesab olunan Santa Klaus – Müqəddəs Nikolasla bağlıdır. Müqəddəs Nikolas yaxşılıq etməyi çox sevərdi, öz şəhərində yaşayan üç bacı var idi, onlar o qədər kasıb idilər ki, acında ölmək həddinə çatmışdılar.

 Nikolas gecə yarısı gizlincə qızların evinə gəlir, yardım üçün bacadan qızıl sikkə atmaq istəyən Nikolas sikkələrin sobaya düşəcəyindən ehtiyatlanır. Və üç ədəd qızıl sikkəni qızların corablarına atır. Bu söhbət tez bir zamanda bütün şəhərə yayılır, insanlar hər Milad bayramında hədiyyə almaq üçün sobalara corab asardılar. Evlərində soba olmayan insanlar isə corabları Yeni İl “Yolka”larının altına qoyardılar. Corab asmaq adəti Avropada XIV əsrdən bəri davam etməkdədir.

 AZENS.AZ  

Oxu 4202 dəfə

Şərh verin.

Comments.