AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
06 Noy

Azərbaycanın ilk qadın snayperi - Ziba Qəniyeva

Bu məqaləni qiymətləndir
(0 səs)

O, 20 avqust 1923-cü ildə Şamaxı şəhərində dünyaya göz açmışdır.

Qeyri-adi gözəlliyə malik 17 yaşlı qız Böyük Vətən Müharibəsi illərində öz alayının siyahısında snayper-kəşfiyyatçı-ratsiyaçı kimi qeyd olunmuşdu. Söhbət  İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş azərbaycanlı snayper Ziba xanım Qəniyevadan gedir.

Atası Paşa Qəniyeva azərbaycanlı, anası isə özbək idi. 1940-cı ildə Moskvaya gedir və Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olur. Amma başlayan müharibə onun bütün planlarını alt-üst edir.

Müharibənin ilk günlərində yüz minlərlə digər tələbə kimi Ziba da hərbi komissarlığa cəbhəyə getmək üçün müraciət edir. Bir neçə gün sonra onun xahişi qəbul edilir və gənc qız atıcılıq kurslarının müdaviminə çevrilir, bu kursları bitirdikdən sonra isə 1941-ci ildə Moskva uğrunda döyüşlərdə iştirak edirdi.

Taburda ratsiyaçı-kəşfiyyatçı olur. 1941-ci ilin həyəcan dolu qışında 16 dəfə düşmən arxasına keçərək, ratsiya ilə vacib məlumatları ötürürdü və düşmən haqqında xəbərlər verirdi.

3-cü Moskva Kommunist atıcı taburun tərkibində Ziba Qəniyeva 1941-ci ilin noyabr ayının 7-də Qırmızı Meydanda keçirilən məşhur paradda iştirak edib. Leninqrad və Şimali-Qərb cəbhələrində döyüşlərdə iştirak edib. Ziba Qəniyeva İkinci dünya müharibəsi dövründə 129 alman əsgərini öldürmüşdür.

1942-ci ilin yanvar ayında 3-cü Moskva Kommunist atıcı taburun bazasında 130-cu atıcı tabur yaradılır. 151-ci moto-atıcı kəşfiyyat batalyonunun snayper-kəşfiyyatçısı Ziba Qəniyeva Leninqrad vilayətinin Çernoye Ojetsı, Lunevo və Dyaqilyov kəndləri ərazisində 1942-ci ilin aprel ayının 12-dən may ayının 23-nə qədər fəaliyyət göstərib, bu müddət ərzində 20 alman məhv edib, bunlardan ikisi zabit idi. 1942-ci ilin may ayının 23-də Ziba Qəniyeva Leninqrad vilayətinin Molvotiski rayonunun Bolşoye Vraqovo kəndi uğrunda gedən döyüşlərdə xüsusilə seçildi.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Şimali-Qərb cəbhəsinin qoşunlarının 1942-ci il 16 iyul tarixli  0869 №li əmrinə əsasən snayper-kəşfiyyatçı Ziba Qəniyeva “Qızıl Bayraq” ordeni ilə təltif edildi.

Böyük Vətən Müharibəsi illərində o, 129 işğalçı məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə Ziba Qəniyeva çoxsaylı dövlət mükafatları ilə, o cümlədən  “Qırmızı Bayraq” ordeni və “Qırmızı Ulduz” ordeni ilə, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib. 

Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.

 

AZENS.AZ\ Jalə Orucova

Oxu 931 dəfə

Şərh verin.