AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI
10 İyul

Alisanın real həyatı nağıldakı Alisadan heç nə ilə fərqlənmirdi

Bu məqaləni qiymətləndir
(0 səs)

4 iyul 1865-ci ildə Lüis Kerrolun “Alisanın möcüzələr ölkəsində məcaraları” adlı kitabın birinci nəşri çapdan çıxdı.

 “Alisa möcüzələr ölkəsində” sözsüz ki, dünyada ən məşhur və ən maraqlı əsərlərdən biridir. Əsasən də maraqlı olan odur ki, əsərin baş qəhrəmanı Alisanın real həyatda prototipi - Alisa Liddell olmuşdur. Lüis Kerroll ona nağıl danışa-danışa öz məşhur əsərini qələmə almışdır.

 Alisa Liddell - o zamanlar Oksford kollecinin dekanı olmuş, məşhur yunan lüğəti “Liddell-Skott”un həmmüəllifi, filoloq-klassik Henri Liddellin arvadı Lorina Xanna Liddelldən olan dördüncü övladı olmuşdur. Qız dünyaya gələrkən valideynləri ona uzun müddət ad seçə bilməmişlər. Seçdikləri iki ad - Alisa və Marina adları arasında tərəddüd etdikdən sonra, Alisa adı üzərində dayanmışlar.

 Alisa Liddell (nağıldakı Alisanın real həyatdakı prototipi) uzun və xoşbəxt bir həyat yaşamışdır. Alisa 28 yaşında məşhur Qempşir kriket oyunu ustası olmuş Rejinald Xarqrivsə ərə getmiş və üç oğul övladı dünyaya gətirmişdir. Təəsüflər olsun ki, ilk iki oğlu  - Alan və Leopold I Dünya Müharibəsində həlak olmuşlar. Alisa isə öz evində 1934-cü ildə, 82 yaşında vəfat etmişdir.

 İlk öncə nağıl “Alisanın yer altında məcaraları” adlandırılmış və əlyazması Lüis Kerroll tərəfindən Alisaya bağışlanmışdır. Bu əlyazma isə Alisa tərəfindən 1926-cı ildə 15.400 funta (Viktor Talking Machine Company) qramplastinka istehsal edən firmanın təsisçisi Eldric R Consona satılmışdır. Consonun ölümündən sonra əlyazma Amerika bibliofilləri konsorsiumu tərəfindən satın alınmışdır. Həmin əlyazma hal-hazırda Britaniya Kitabxanasında saxlanılır.

 Alisa Liddell 80 yaşında ABŞ-da olarkən C.M.Barrini “Piter Pen”i yazmağa ilhamlandıran Piter Levelinlə görüşmüşdür. Alisa Liddellin şərəfinə kiçik planetlərdən birinə 17670 Liddell adı verilmişdir.

 4 iyul 1862-ci ildə qayıq gəzintisi zamanı Alisa Liddell dostu Çarlz Docsondan onunla və bacıları Edit və Lorina ilə bağlı bir əsər fikirləşib yazsın. Vaxtilə Alisanın uşaqlarına müxtəlif cür maraqlı nağıllar danışan Docson, elə o andaca fikrində yeni əsərin personajlarını və süjetini hazırlayır. Dərhal kiçik bir qızın (və bacılarının) Bəyaz Dovşanın yuvasına yuvarlanaraq düşdüyü yeraltı ölkədəki məcaraları haqqında bacılara söz açır. Bu nağıldakı qəhraman Alisanı xatırladırdı. Nağıl Alisa Liddellin çox xoşuna gəlir və Docsondan bunu qələmə almasını xahiş edir. Docson ona söz verməsinə baxmayaraq bunu söhbəti unudur. Alisanın təkidlə bir neçə dəfə xahişindən sonra Docson qoşduğu nağıl-hekayəni qələmə alır və onu Alisaya hədiyyə edir. Nağıl-hekayə “Alisanın yer altına məcaraları” adlanırdı.

AzEns.AZ

Oxu 1603 dəfə

Şərh verin.

Şərh.