AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Ən köhnə aviakompaniya hansıdır?

 Hal-hazırda mövcud olan aviakompaniyaların ən köhnəsi – 1919-cu il, 7 noyabrda təsis olunmuş Hollandiyanın kraliça avia xəttidir (KLM,Koninklijke Luchtvaart Maatschappij).
Bu avia xəttdə ilk təyyarə Amsterdam-London marşrutu ilə uçan ingilis təyyarəsi De Havilland DH-16 olmuşdur. Bu kompaniya kimi, bu sərnişin marşrutu da dünyada ən köhnədir. Bu marşrutun ilk pilotu Cerri Şou olmuş və 1920-ci il, 17 may tarixində iki nəfər jurnalist - şərnişini olan təyyarəni havaya qaldırmışdır. Təyyarənin kabinası açıq olduğundan aviakompaniya jurnalistləri isti sviter, əlcək və dəbilqə ilə təmin etmişdi. Sonralar kabinanı şüşə ilə bağlayıb, əlavə olaraq iki kreslo da qoydular. Həmin dövrlər üçün DH 16 təyyarələri ən sürətli hesab olunurdu. Bu təyyarələr saatda 150 km sürətlə ucurdu və buna görə də, pilot Cerri Şou Amsterdamdan Londona 3 saatdan az bir müddətə uçaraq çatmışdı. İndiki təyyarələrə nisbətən, o zamankı təyyarələrin sürəti çox gülməli görünür. Müasir təyyarələrin sərnişin tutumu 400 nəfər, sürəti isə saatda 1000 km-dır. Amma 1920-ci ildə təyyarə üçün saatda 150 km böyük sürət idi. 1924-cü ildən başlayaraq KLM təyyarələrində böyük məsafələr qət olunurdu. Yəni ki, Amsterdamdan Bataviyaya (müasir Cakarta) – uçuşlar olurdu. 
 
 Amsterdamdan Cakartayadək olan məsafə 11.355 km-dir. Bu məsafəni 1930-cu illərdə təyyarə ilə 10 günə, gəmi ilə iki həftəyə qət edirdilər. İlk dəfə bu marşrutla 5-6 nəfərlik Fokker F.VII təyyarəsi ilə uçmuşdular. Yanacaq və mühərrikin gücü bu təyyarəyə saatda 160 km sürətlə 1600 km uçmaq imkanı verirdi. Eniş 24 punkta mümkün idi. Belə bir səyahət üçün biletin qiyməti çox baha idii, indiki qiymətlə təxmini 20.000 avro. Sonralar, 1930-cu illərin sonlarına yaxın okeanın o tayına artıq həftədə iki uçuş olurdu. Bu uçuşları güclü mühərriki və saatda 300 km sürəti olan Douglas DC-2 təyyarələri həyata keçirirdi və təyyarələr 10-12 nəfərlik idi. Reaktiv təyyarələr icad olunanadək Amsterdam-Cakarta marşrutu ən uzaq marşrut idi.

 Hazırda İndoneziyaya Boeing 777 ilə 12 saata uçmaq mümkündür. Biletin qiyməti isə cəmi 500 dollara. O zamanlar KLM-in Atlantik Okeanın üzərindən ilk uçuşu 1934-cü ildə baş tutmuşdu. Uçuşun son punktu Antil adaları idi ki, bu da Avropa sahillərindən 8.000 km məsafədə yerləşirdi. 1951-ci ildə isə Avstraliya marşrutu açıldı.
 
 1958-ci ildə KLM aviakompaniyası öz müştərilərini 4 motorlu Douglas DC-7 təyyarəsində 30.000 km-lik dünya səyahəti təklif etməklə təəccübləndirdi. Bu uçuşun müddəti 89 saat 20 dəqiqə idi.
 
 Ən köhnə aviakompaniya olan KLM 2004-cü ildə fransız aviakompaniyası olan Air-France ilə birləşdi. Amma hələ də KLM-in təyyarələri öz orjinal adları ilə 6 qitənin 360 şəhərinə uçuşlar edirlər.
 
AzEns.Az