AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Bozqurd İşarəsinin kökəni

Bozqurd işarəsi Türk tarixinin Buddist günlərindən qalma bir işarədir və Türk xanlarının müvəffəqiyyət mənasını verən zəfər işarəsidir.

Qərbə köç edənlər; Hun, qıpçaq və Peçeneq Türkləri bu işarədən "Mən Türkəm" mənasında istifadə etmişlər. Min illər bundan əvvəl türklər əlləri ilə “bozqurd işarəsi” göstərərək, kimliklərini bildirirdilər.

X əsrdə şair Firdovsinin Şahnaməsində Bozqurd işarəsi göstərən Türk qadınların miniatürü vardır. Bozqurd işarəsinin İslam öncəsi Göytürk dönəmində və digər türk dövlətlərində türk xanlarının zəfər işarəsi olması mağaralarda tapılan VI əsrə aid “Türk Xanı Heykəli” ilə az da olsa sübut olundu.

Bozqurd salamını Türkiyədə ilk dəfə 1980-cı ildə Ankaraya gələn Qaqauz Mədəniyyət Naziri Maria Marunoviç istifadə etmişdir. Milliyətçi Hərəkat Partiyasının lideri Alparslan Türkeş 1992-ci ildə Azərbaycanda iştirak etdiyi “Türkçülük Günü”ndə Əbülfəz Elçibəylə birlikdə bu işarəni istifadə edərək, xalqı salamlamışdır. Bu hadisədən sonra Bozqurd salamı Türkiyədə daha çox tanınmağa və istifadə olunmağa başlamışdır.

Bozqurd işarəsi türkün öz salamıdır. Alparslan Türkeşin Bozqurd işarəsinə verdiyi məna belədir:

* sərçə barmaq – türklük

* işarə barmağı – islamiyyət

* bozqurd işarəsinin arasında qalan məsafə - cihan

* üç barmağın birləşdiyi nöqtə - möhür

*  nəticə: türk-islam möhürünü dünyaya vuracağıq !

 

 AzEns.AZ