AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Tarixdə qurulan ilk türk dövləti

Tarixdə qurulan ilk türk dövləti Asiya Hun (Böyük Hun İmperiyası) dövlətidir.

Eramızdan əvvəl 220-ci və 300-cü illərdə Asiya Hun Dövlətinin quruluş tarixi tam olaraq bilinməməkdədir.  İlk hökmdarı Teoman olub, onun ardından hakimiyyətə oğlu Mete keçmişdir. Mete hərbi intizamı, müharibə taktikası və hərbi gücü ilə bir çox bölgələri ələ keçirdi. Coğrafi baxımdan bir çox yeri ələ keçirməsi  və ələ keçirdiyi bölgələrdəki taxıl və qida qaynaqlar vasitəsilə ordusunu çətinlik çəkmədən savaşa hazır hala gətirirdi.

Mete xanın dövründə Asiya Hun Dövləti ən böyük sahələri əhatə edirdi. Beləliklə, Çinlilər özlərini Türk işğallarından qorumaq üçün Çin Səddini inşa etdilər.Asya Hun dövləti sonralar vərasət sistemi və Çin münaqişələri səbəbiylə Şərqi və Qərbi Hun dövləti olmaq üzərə ikiyə bölündü. Qərbi Hunlar Aralıq gölü ətrafına köç etdilər.

Tarixdə türk adıyla qurulan ilk dövlət isə Göytürk dövlətidir. Çin mənbələrinə görə, Hun mənşəli olduğu düşünülən Göytürk dövləti 552-ci ildə Bumin Xaqan və İstemi Yabqu tərəfindən quruldu. Dövlətin qərb hissəsini İstemi Yabqu, şərq hissəsini isə Bumin Xaqan idarə edirdi. Sasanilərlə razılaşaraq, Çinlilərə aid ipək yollarını ələ keçirdilər.

Göytürk Dövləti Çin münaqişələri, inqilab və müharibələr, dövlətin içində baş verən bölünmələr, ərəb və moğol inqilabı sonrası 745-ci ildə parçalanaraq süqut etdi.

 

AzEns.AZ