AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

26 Bakı komissarları kim öldürüb?

 20 sentyabr 1918-ci ildə Krasnovodsk yaxınlığında 26 nəfər zaqafqaziyalı inqilabçı edam edilmişdir.

 26 Bakı Komissarı - ingilis vasitəçiləri tərəfindən edam edilmiş Sovet dövrünün ən məşhur qəhrəman inqilabçı simvollarından olmuşdur. 26 Bakı komissarları Vətandaş Müharibəsi və İnqilab tarixində, Qədim Yunanıstanda 300 spartalı və Böyük Vətən Müharibəsində 28 qəhrəman panfilovçularla bir bir sırada tutulurdu.

 Sovet hakimiyyəti dövründə bu qəhrəmanların şəninə çoxlu şeirlər qoşulmuş, rəsmlər çəkilmişdir. Hətta məşhur rus şairi S.Yeseninin də 26 Bakı komissarları haqqında şeiri vardı.

 Sovet tarixçiləri Bakı komissarlarının tarixini belə şərh edirdilər: 1917-ci ilin oktyabrında bolşeviklər hakimiyyətə gəldikdən sonra Petroqradda və Bakıda fəhlə, kəndli və əsgər deputatlardan ibarət Sovet (Baksovet) yaradıldı.“Daşnaqsütun” partiyasından olan erməni milliyyətçilərinin köməyinə arxalanaraq, Bakı Soveti 1918-ci ilin aprelində Bakıda hakimiyyətə gəldi. Yeni hakimiyyət  bolşeviklərdən və solçulardan ibarət Sovnarkom adlı  icra orqanı formalaşdırdı. 

 Bolşevik hökumətinin üzvləri Bakını tərk edib, Rusiya bolşeviklərinin nəzarətində olan Həştərxana getmək qərına gəlirlər. Amma yeni hökumət

Bakını tərk edən gəminin arxasınca düşərək onları geri qaytara bilir və Bakını tərk etmək istəyən Bakı Sovnarkomunun üzvü olan 30 nəfər həbs edilir. Onlar “xalqa məxsus pulların xərclənməsi haqqında hesabat verməməkdə, hərbi əmlakın icazəsiz çixarılmasında və xəyanətdə” təqsirli bilinirdilər. Digər bir tərəfdən ermənilərlə azərbaycanlılar arasında yaranmış qarşıdurma, xaçpərəst – müsəlman qarşıdurmasına çevrilərək daha böyük qəddarlıqların törədilməsinə yol açırdı.

 Hakimiyyəti saxlamaq üçün əhali tərəfindən lazımi qədər dəstəyi və hərbi sursatı olmayan bolşeviklər 1918-ci ilin yazında Bakıda hökümətlərini qurmağa nail olurlar. Qurduqları hökümətin məğlubiyyətini tam aydınlığı ilə görən bolşeviklər Sovet Rusiyasından göndərilmiş hərbi sursatları da götürüb Bakını tərk etmək qərarına gəlirlər.

 Ümumilikdə, həbs edilən 36 nəfərin içərisində bolşevik hökumətinin rəhbərləri ilə yanaşı, aşağı çinli məmurlar da var idi. Bolşevik rəhbərlərinin heç də hamısı həbs edilməmişdi. Həbs olunmayanların arasına, Bakıda gizli tapşırıqları yerinə yetirmək üçün hökümətdə saxlanılan (sonralar Sovet dövlətinin görkəmli xadimlərindən olan) Anastas Mikoyan da vardı.

 O zamanlar Krasnovodsk əksəriyyəti solçu sosialist-inqilabçılarından ibarət olan antibolşevik hökumətin nəzarəti altında idi. Məhz bu hökumətin rəhbəri olan Fyodor Funtikov Bakı bolşeviklərinin güllələnməsi haqqında qərar qəbul etmişdir. Sovet tarixşünaslığına əsasən, F.Funtikov Orta Asiyada antibolşevik qüvvələrinin öz nəzarəti altında Britaniya əsgərlərinin əlində sadəcə bir marionetka idi.

 Siyahıda 25 nəfər bolşevikin soyadı olub. Bunu, o zamanlar  Qriqori Korqanovdan müsadirə edilmiş siyahı da təsdiqləyirdi. Həmin 25 nəfərin arasında vaxtı ilə Bakı Sovnarkomunda hərbi-dəniz məsəlləri üzrə narkom postunu tutan Q.Korqanovun adı da var idi.

 Solçu Sosialist-inqilabçılarının fikrincə, Krasnovodskda həbs olunanların siyahısı Bakı Sovnarkomunun əsas fiqurlarının siyahısıdır. Əslində isə bu siyahını Bakıda türmədə olarkən (o, türmədə məsləkdaşları arasına ərzaq bölgüsünə baxırdı) Q.Korqanovun özü tərtib etmişdi. Bu səbəbdən də, son siyahıda, hələ Azərbaycanda ikən, hansısa bir formada həbsdən yaxa qurtaran Anastas Mikoyanın adı olmamışdır.

 Məsləkdaş və dostlarının güllələnməsindən sonra, 1919-cu ilin fevralında Mikoyan guya azadlığa buraxılır və Moskvaya gələrək siyası karyerasını uğurla davam etdirir. 1918-ci ildə baş verən hadisələrin (xüsusən də, 26 Baki komissarlarının güllələnməsi) ona heç bir aidiyyatı olmadığı deyilsə də, Anastas Mikoyanın qeyri-rəsmi siyasi təxəllüsü vardı: “27-ci Bakı komissarı”.

AzEns.AZ