AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

26 Bakı Komissarları kimlər olub? - Siyahı

 20 sentyabr 1918-ci ildə Krasnovodsk yaxınlığında 26 nəfər zaqafqaziyalı inqilabçı edam edilmişdir.
 
 
  1. Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.
  2. Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.
  3. Tatevos Əmirov — kovaler dəstəsinin komandiri.
  4. Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru.
  5. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
  6. Eyjen Berq — matros.
  7. Anatoli Boqdanov — xidmətçi.
  8. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
  9. Armenak Boryan — jurnalist.
  10. Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.
  11. İvan Qabışev — briqada komissarı.
  12. Prokofi Caparidze — Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri,
  13. Yakov Zevin — əmək üzrə xalq komissarı.
  14. Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü.
  15. Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
  16. Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
  17. İvan Malıqin — Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
  18. İrakli Metaksa — Şaumyanın şəxsi cangüdəni.
  19. İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.
  20. İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.
  21. Suren Osepyan — "Bakı şurasın xəbərləri" qəzetinin redaktoru.
  22. Qriqori Petrov — Bakı şəhər mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.
  23. Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.
  24. Fyodr Solntsev — hərbi işçi.
  25. İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri.
  26. Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri.