AZƏRBAYCAN RESPUBLİKASININ İLK ELEKTRON ENSİKLOPEDİYASI

Nə üçün yəhudilər və ərəblər sağdan sola yazırlar?

Yəhudi və ərəb yazısı Qədim Babil mixi yazısı əsasında, Qərb yazısı ənənəsi isə Qədim Misir papirus yazısı əsasında yaranmışdır.

Bunların arasında fərqin nə olduğunu əyani surətdə isbat etmək üçün belə bir müqayisə aparaq. Təsəvvür eləyin ki, qarşınızda papirus var, əlinizdə də nazik uclu bir bıçaq (stilo) və sağ əllə (85% əhali sağ əllidir) heroqliflər cızırıq. Bu zaman sağdan baxanda nə cızdığımız görünmür, amma soldan baxarkən cızdığımız tam görsənir. Belə olan halda belə bir sual yaranır; “necə yazmaq daha rahatdır?”. Əlbəttə ki, soldan sağa, çünki, bu vəziyyətdə yazılar daha yaxşı görünür.

Başqa bir müqayisə aparaq, götürək daş, sağ əlimizdə çəkic və sol əlimizdə daş yonmaq üçün qələm. Başlayaq daş üzərində mixi heroqliflər cızmağa. Bu zaman sol əlimiz çızdıqlarımız heroqliflərin üstünü tamamilə örtəcək. Soldan baxanda heroqliflər görsənməyəcək, amma sağdan baxanda aydın görünəcək. Belə olan halda, sözsüz ki, sağdan sola yazmaq daha rahatdır. Elə o zamanlardan da sağdan sola yazmaq ənənəsi indiyədək qorunub saxlanmışdır.

Yeri gəlmişkən, əgər yəhudi əlifbasının hərflərinə nəzər salsaq, bu hərflərin konfiqurasiyası göstərir ki, onları ilk öncə bərk bir şeyin üzərində yazmışlar. Çünki bu cür hərfləri daşyonan qələmlə yazmaq daha asandır, nəinki, adi qələmlə.

Yəhudi yazısı ilk öncələr məhz elə çəkic və daşyonan qələmlə daş üzərində yazmaq üçün nəzərdə tutulubmuş.

Sonralar daşdan başqa yazı üçün müxtəlif cür əşyalar icad olunmasına (papirus, gil lövhəciklər, parça və s.) baxmayaraq, yazı formalarında kordinal bir dəyişiklik olmadı.

Bildiyimiz kimi, ərəb yazısı da sağdan soladır. Ərəb yazısından bu ölkələrdə istifadə olunur: Əlcəzair, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Suriya, Qərbi Saxara, Liviya, Mərakeş, İordaniya, İrak, Yəmən, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Fələstin ərazisi və İsrail.

 AzEns.AZ